Türk iş adamı Bakı Aeroportunun tikintisindən danışdı "Heydər Əliyevlə İstanbulda görüşdüyümüz zaman..."

Siyasət 09:32 10.09.2019

Azərbaycanda səfərdə olan "Beynəlxalq Rotary Klubu" 2430-cu bölgənin rəhbəri Mehmet Hakan Karaalioğlu Eurasia Diary-yə eksklüziv açıqlama verib.

O, vaxtilə baş direktoru olduğu Burç şirkətinin Bakı Aeroportunu yenidən qurulması ilə bağlı gördüyü işlərdən və Azərbaycanın o zamankı prezidenti, ümummilli lider Heydər Əliyevlə anlaşma imzalamasından danışıb: 

“Azərbaycana ilk dəfə 1996-cı ildə gəlmişəm. Bakı Aeroportunun bərpa edilməsi zamanı rəhmətlik Heydər Əliyevlə müqavilə imzalamışıq. Aeroportun bərpa edilməsi prosesində 2 il müddətində Azərbaycanda fəaliyyət göstərmişəm. Ən böyük xoşbəxtliyim, Heydər Əliyevlə şəxsən görüşmək şərəfinə nail olmağımdır. Bu, mənim üçün böyük qürurcerici hadisədir. Xüsusilə, aeroportun birinci hissəsinin bərpa edilməsi zamanı bunun Türkiyə şirkəti tərəfindən həyata keçiriliməsinin düzgün olduğunu düşündük. Allah rəhmət eləsin, qəbri nurla dolsun, hörmətli Heydər Əliyevə bu mövzu ilə bağlı məlumat verildiyində, ondan icazə almaq lazım idi, çünki bu iş ölkə ilə bağlı çox mühüm bir şeydir. Çünki aeroportlar ölkənin xarici ölkələrə əlaqə vasitələridir. Heydər Əliyevlə İstanbulda görüşdüyümüz zaman layihəni ətraflı şəkildə təqdim etdik. Layihə barədə geniş məlumat verdikdən sonra Heydər Əliyev razılıq bildirdi. Həm Avropa Mərkəzi Bankı, həm də Türk Eksim Bankından maliyyə dəstəyi alaraq layihəni, eyni zamanda layihə ilə bağlı olaraq nəzarət qülləsini inşa etdik. Bunu həyata keçirdiyimiz layihədə Burç şirkəti və Enka şirkəti ortaq şəkildə işləyirdik. Mən, Burç şirkətinin baş direktoru idim və biz ortaq fəaliyyətimiz nəticəsində aeroportu inşa etdik. Mən bu prosesin böyük hissəsini Azərbaycanda keçirdim və digər əməkdaşlarla birlikdə böyük xidmət göstərməyə çalışdıq. Mən xoşbəxtəm və hal-hazırda görürəm ki, o zamanlar başladığımız fəaliyyətdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportu bütün dünyaya nümunə olacaq gözəllikdə bir aeroportdur".

Mehmet Hakan Karaalioğlu Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza rejiminin aradan qaldırılmasını alqışladığını da bildirib:

"Türkiyə vətəndaşları olaraq viza rejimi olmadan Azərbaycana gəlmək imkanımız prezidentlərimizin bizə verdiyi böyük bir lütfdür. Dünən axşam sadəcə pasportumu göstərərək Azərbaycan ərazisinə daxil olmağım çox böyük bir imtiyazdır. Bu çox böyük bir xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə yaşadanların hamısına çox böyük minnətdarlığımı bildirirəm. Bakı Aeroportunun qurulmasında zərrə qədər də olsa əməyim varsa, bu mənim üçün ən böyük qürür mənbəyidir. Mərhum prezidentimizdən sonra hal-hazırda cənab İlham Əliyevin liderliyi ilə Azərbaycanın həyata keçirdiyi fəaliyyət və əldə etdiyi nailiyyətlər qürurvericidir. Azərbaycanın dünya miqyasında fəaliyyətini görmək məni çox xoşbəxt edir. Türkiyədə yaşayan, amma ürəyi Azərbaycanla döyünən biri olaraq bu məni çox sevindirir".

Qeyd edək ki, Hakan Karaalioğlunun başçılıq etdiyi nümayəndə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın məzarlarını, Bakı Türk Şəhidliyini, Şəhidlər Xiyabanını və Atatürkün abidəsini ziyarət ediblər. 

Təbriz Abbasov

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı