ATƏT-in Parlament Assambleyası Paşinyanın Qarabağ açıqlamasını PİSLƏDİ | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


ATƏT-in Parlament Assambleyası Paşinyanın Qarabağ açıqlamasını PİSLƏDİ

Siyasət A- A A+

“Avropa məkanında, Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də bizim təşkilatımızın - ATƏT-in diqqət mərkəzindədir”.

Eurasia Diary "apa"a istinadən xəbər verir ki, bu sözləri ATƏT PA-nın Prezidenti Giorgi Tsereteli deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanata münasibət bildirən G.Tsereteli qeyd edib ki, bu bəyanat münaqişənin nizamlanmasına və danışıqlar prosesinin gedişinə zərbə vurur: “Düşünürəm ki, münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi  hər zaman sülh prosesini zədələyir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik. Fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Ayrılıqlara səbəb olan və münaqişənin nizamlanması prosesinə zədə vuran bu cür bəyanatların səsləndirilməsi təəssüf ki, bu istiqamətdə mövcud olan problemlər sırasındadır. Münaqişənin həlli güclü siyasi iradə tələb edir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...