Ermənilərin “qədimliyi” yalanı ifşa olur - Ekozyants - FOTO | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Ermənilərin “qədimliyi” yalanı ifşa olur - Ekozyants - FOTO

Siyasət A- A A+

Bütün dünya artıq erməni xalqının “qədimliyi” barədə eşitməyə öyrəşib. Ermənilərin təbliğatı o qədər güclü oldu ki, onlar çoxlarına ilham verə bildilər.

Eurasia Diary xəbər verir ki, erməni əsilli ukraynalı tarixçi “Vestnik Kavkaza” nəşrinə müsahibəsində sözügedən mövzuya toxunub və ermənilərin “qədimliyi” məsələsinə nöqtə qoyub.

Onun sözlərinə görə, XVIII əsrin ikinci yarısından sonra yazıldığını düşünmək üçün bütün əsasların mövcud olduğu və əksər hissəsi qədim yunan, latın və digər yazılı mənbələrin təhrif olunmuş tərcümələri sayılan “qədim erməni” mətnləri bu gün dünyanın aparıcı mütəxəssislərinin diqqətini çəkir.

“Ermənilərin “qədimliyinin” təbliğatı böyük hissəsi Matenadaranda və ya Müqəddəs Lazar adasında saxlanılan erməni dilində yazılmış mətnlərə istinad edir. Lakin bu mətnlərin tarixinin müəyyən edilməsi ilə bağlı böyük problemlər var.

Bunun tək səbəbi isə sadəcə prosesin özünün çətinliyi və yüzfaizlik nəticə verən metodların mövcud olmaması deyil, həmçinin, həm Matenadaran, həm də mxitaristlərin əllərində olan əlyazma mətnləri üzərində müstəqil ekspertiza aparılmasına izn verilməməsidir”- ekspert qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...