Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 10 sentyabr 2019-cu il tarixdə Tap Qaraqoyunlu kəndində olub.
Eurasia Diary xəbər verir ki, icra başçısı Tap Qaraqoyunlu kəndində Şəhidlər Abidə Kompleksində aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub, kənd sakinləri ilə görüşüb və onlarla səmimi söhbət edib.
Daha sonra cənab Məhərrəm Quliyev Tap Qaraqoyunlu kəndində rayon Ağsaqqallar Şurasının sədri Taryel Abbasovun evində olaraq səhhəti ilə bağlı onu ziyarət edib.