Sabiq nazirdən Novruzova cavab gəldi - Sonuncu dəfə... | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Sabiq nazirdən Novruzova cavab gəldi - Sonuncu dəfə...

Siyasət A- A A+

Yeni Azərbaycan Partiyası ilə sıx əlaqəm var, tədbirlərinə gedirəm.

Eurasia Diary xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın İcra katibinin müavini Siyavuş Novruzovun bəzi sabiq nazirlərin vəzifədən uzaqlaşdıqdan sonra qeybə çəkilməsi və YAP-la əlaqə saxlamaması barədə çıxışına münasibət bildirən YAP-ın Siyasi Şurasının üzvü, sabiq təhsil naziri Misir Mərdanov Axar.az-a açıqlamasında deyib. O bildirib ki, partiyanın bütün tədbirlərində iştirak edir:

“Partiyanın Nərimanov rayon təşkilatında qeydiyyatdayam. Sonuncu dəfə isə məzuniyyətə çıxmazdan əvvəl, iyul ayının ortalarında YAP-ın yeni binasında keçirilən tədbirdə iştirak etmişəm”.

Qeyd edək ki, S.Novruzov partiya ilə əlaqə saxlamayanlar arasında YAP Siyasi Şura və İdarə heyəti üzvü olan sabiq nazirlərin də olduğunu açıqlamışdı. YAP SŞ üzvü olan sabiq nazirlər isə Hüseynqulu Bağırov, Misir Mərdanov və İsmət Abbasovdur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...