Gürcüstan parlamentinin sədrindən Azərbaycanla bağlı - AÇIQLAMA | Eurasia Diary - ednews.net

17 Noyabr,


Gürcüstan parlamentinin sədrindən Azərbaycanla bağlı - AÇIQLAMA

Siyasət A- A A+

"Azərbaycan bizə dost və qonşu ölkədir. Eyni zamanda, bizim üçün vacib tərəfdaşdır. Azərbaycan ilə strateji əməkdaşlıq bizim üçün çox vacibdir. Mən bu əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm".

Eurasia Diary Azərtac-a istinadən xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin sədri Arçil Talakvadze söyləyib.

Parlament sədri Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını bildirərək deyib: “Hazırda Gürcüstan parlamenti bir sıra vacib qanunlar üzərində işləyir. Gərgin iş qrafikimiz var. Biz seçki qanunvericiliyi sahəsində islahatlar həyata keçiririk və konstitusiyaya düzəliş edirik. Bu, bütün ölkə ərazisində ictimai müzakirələrin keçirilməsini tələb edir. Amma mən qonşu ölkələrə, o cümlədən Azərbaycana səfər planlaşdırıram. Regional əməkdaşlıq Gürcüstan üçün çox vacibdir və biz bu regionun bir hissəsiyik. Qonşu ölkələrlə strateji əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...