“İqtidar-müxalifət müzakirələri davamlı olmasa...” - Eldar Namazov | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


“İqtidar-müxalifət müzakirələri davamlı olmasa...” - Eldar Namazov

Siyasət A- A A+

"İqtidar və müxalifət arasındakı müzakirələr davamlı olmasa, bu tədbir xalqımız, millətimiz üçün heç bir xeyir verməyəcək".

Eurasia Diary xəbər verir ki, bunu siyasi partiyaların iştirakı ilə keçirilən bugünkü dəyirmi masada çıxış edən politoloq Eldar Namazov söyləyib.

O bildirib ki, davamlı olmasa, tədbirdə qəbul edilən bəyanatlar da mənasız olacaq:

"Artıq internet əsri hansı fəsadlara gətirib çıxarır, anlamalıyıq. Dövlət başçılarına qarşı təhqiramiz addımlar artıq trendə çevrilib. Əsas problem isə kiminsə bu addımı atması deyil, insanların sosial şəbəkələrdə buna dəstək verməsidir. Bu ciddi problemi aradan qaldırmaq üçün çalışmalıyıq". (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...