Bakıya qarşı bu kampaniya terrordur - Mir Şahin | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Bakıya qarşı bu kampaniya terrordur - Mir Şahin

Siyasət A- A A+

Məncə, hər şey aydındır. Mən xaricdə Azərbaycana qarşı aparılan kampaniyanı terror elan etmişəm.

Eurasia Diary xəbər verir ki, bu sözləri bu gün "Park İnn" otelində Ana Vətən Partiyasının təşkilatçılığı ilə "Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı Real TV-nin rəhbəri Mir Şahin Ağayev deyib.

O əlavə edib ki, mühacirlərdən danışmaq niyyəti yoxdur:

“Söhbət sosial mühacirlərdən gedir. Mühacirlərin götürəcəyi nümunə Rəsulzadədir. Amma onlar öndər olaraq akademik Cəlal Əliyevi seçirlər.

Fikrimcə, dövlət müstəqilliyi ilə vətəndaş müstəqilliyi arasında seçim var. Mən dövlət müstəqilliyini seçirəm. Dövlət müstəqilliyi olmasa, vətəndaş müstəqilliyi də olmaz.

Mən jurnalistləri, nüfuzlu insanları ortaya fərdi mövqe qoymağa çağırıram. Azərbaycan müstəqilliyinə xarici təsirlərə hər bir kəs cavab verməli, dövlətin yanında olmalıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...