"Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duymalıyıq” - Erkan Özoral | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


"Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duymalıyıq” - Erkan Özoral

Siyasət A- A A+

"Türkiyə və Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrlə qürur duymalıyıq. Bu prosesi davam etdirməkdə israrlıyıq".

Eurasia Diary xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Türkiyə və Azərbaycan mədəniyyət və tarixləri ilə bir millət, iki dövlətdir: "Türkiyə Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ probleminin tez bir zamanda həllini vacib sayır. Biz bu məsələdə dünyada eyni çevrələrlə üz-üzə gəlməkdəyik. Xocalıda yüzlərlə insanı qətlə yetirən ermənilər Türkiyəni soyqırım törətməkdə ittiham edirlər. Bütün bu qarayaxmalara qarşı gerçəkləri dünyaya göstərmək Türkiyə və Azərbaycan mediası üzərinə düşən ən böyük vəzifələrdən biridir".

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...