"Əkrəm İmamoğlunu bilərəkdən qırıq stula əyləşdiriblər" - Ərdoğanın sarayındakı qalmaqal | Eurasia Diary - ednews.net

18 Sentyabr, Çərşənbə


"Əkrəm İmamoğlunu bilərəkdən qırıq stula əyləşdiriblər" - Ərdoğanın sarayındakı qalmaqal

Siyasət A- A A+

Xəbər verdiyimiz kimi 11sentyabr tarixində Ankarada Prezident İqamətgahına çağrılan 30 böyük şəhər bələdiyyə başqanı toplantısında ilginc bir an yaşanıb.

Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan zala girərkən bələdiyyə başqanları daha öncədən hazırlanmış üzərilərində adlarının yazılı olduğu stullardan ayağa qalxıblar. Ərdoğandan sonra yerlərinə oturan başqanlardan İstanbul Böyük Şəhər Bələdiyyə başqanı (İBB) Əkrəm İmamoğlunun oturduğu stulun ayağı qırılıb və İmamoğlu yerə yıxılıb. Qırılan stul gülüşmələrə səbəb olarkən İmamoğlu ilə Ərdoğan arasındakı zarafat diqqət çəkib.

Gülüşmələrə qoşulan Ərdoğan “Biz bir şey etmədik, stulu sən qırdın. Parasını ödəməlisən, yoxsa bu israfa girər” deyib. Gülüşmələrdən sonra İmamoğlu yeni gətirilən stula oturarkən bu sözlərə “ikinci dəfə oturduğumda daha sağlam otururam" deyə cavab verib.

Bu hadisə türk siyasətində gündəmə çevrilib. Xüsusən İmamoğlunun üzv olduğu CHP-nin nümayəndələri mətbuata verdikləri açıqlamada İmamoğluna bilərəkdən qırıq stulun verildiyini və məqsədin onu ələ salmaq, ona gizli mesaj vermək olduğu bildirilib.

Buna bənzər fikirlərdən biri də CHP-nin məşhur simalarından biri olan Özgür Özelden gelib. Millət vəkili Özel qırıq stul hadisəsinin açıq bir tələ olduğunu iddia edib:

özgür özel ile ilgili görsel sonucu

“Kimin harada oturacağı əvvəlcədən bəlli idi. Təsadüfə bax ki, məhz Əkrəm İmamoğlunun oturacağı stulun ayağı qırılır. İstanbul seçkilərində hiyləyə əl atanlar, tələ quranlar, hələ də dərs almayıblar ki, İmamoğluna bir tələni də iqamətgahda qurublar. Bu açıq-aşkar bir tələ idi".

Hadisə ilə bağlı Ə.İmamoğlu da yeni bir açıqlama verib:

“Oturduğum stulun qırılması çox qəribə hadisədir. Stul niyə çürük idi, niyə qırıldı, onu cənab prezident araşdırsın. Deməli, ya stulun sifariş edildiyi firmada problem var, ya da stulun baxımından məsul olan şəxslərdə".

Ekrem İmamoğlu sandalye

Qeyd edək ki, iqamətgahdakı görüşdə 50-yə yaxın dövlət rəsmisi iştirak edib və stullar əlifba sırası ilə müəyyənləşdirilib. Yəni, əvvəlcədən kimin harada oturacağı bəlli olub. Üstəlik, İmamoğlunun əyləşəcəyi stulun ayaqlarının irəliyə doğru əyilmiş olduğu da əvvəlcədən müşahidə edilib. İmamoğlunun yıxılmasından sonra həmin stul dəyişdirilib, lakin yeni gətirilən stulun da çürük olduğu görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...