BMT QAK Azərbaycanda qaçqın tələbələrin ali təhsil almasına kömək edir

Siyasət 17:05 13.09.2019

Bu gün BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Guido Ambroso və Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ali təhsil xərclərinin qarşılanması məqsədi ilə təqaüd almış 9 qaçqın tələbə ilə görüşüblər. Eurasia Diary xəbər verir ki, təqaüdlər Almaniya federal hökumətinin maliyyə dəstəyi ilə BMT QAK-ın DAFI (Qaçqınlar üçün Albert Eynşteyn adına alman akademik təşəbbüsü) proqramı çərçivəsində verilib.

BMT QAK-ın ali təhsil təqaüdü proqramı olan DAFI dünyada qaçqınların ali təhsil almasında mühüm rol oynayır. Təsis edildiyi 1992-ci ildən indiyədək proqram çərçivəsində 15.500-dən çox qaçqın tələbənin sığınacaq tapdıqları 50-dən artıq ölkənin, o cümlədən Azərbaycanın  universitet və kolleclərində təhsil almalarına yardım göstərilib. DAFI proqramı Azərbaycanda 2010-cu ildə fəaliyyətə başlayıb, indiyədək 36 gənc qaçqına dəstək göstərilib, o cümlədən bu yaxınlarda 2019-2020-ci tədris ilinin başlanması ərəfəsində 9 yeni tələbə bu məqsəd üçün seçilib.

Görüşdəki nitqində BMT QAK-ın Ölkə üzrə nümayəndəsi Guido Ambroso qaçqınların həyatlarını yenidən qurmalarına imkan yaradılmasında təhsilin vacibliyini və rolunu vurğulayıb: "Keyfiyyətli təhsil və maddi baxımdan təminat imkanlarının artırılması vasitəsi ilə insan potensialının təşviq edilməsi BMT QAK-ın qlobal strateji prioritetlərindən biridir, habelə pulsuz və keyfiyyətli təhsili hədəf kimi qarşıya qoyan 4-cü dayanıqlı inkişaf məqsədinə uyğundur." Nümayəndə, həmçinin beynəlxalq himayəyə ehtiyacı olan şəxslərin ölkədə qalmasına icazə verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib. Cənab Ambroso BMT QAK-ın mandatı altında olan qaçqınların tezliklə qanuni işləmək hüququna malik olacaqları ilə bağlı nikbin gözləntisini bölüşüb və ölkənin inkişafına onların töhfə vermələrinə imkan yaradacağını qeyd edib. Guido Ambroso çıxışının sonunda BMT QAK-dan müavinət alan qaçqınları, o cümlədən, DAFİ təqaüd proqramından dəstək alan tələbələri ödənişsiz olaraq bank kartları ilə təmin etdiyinə görə Azərbaycan Beynəlxalq Bankına təşəkkür edib.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq tələbələri təbrik edib və ali təhsillərində onlara uğurlar arzulayıb: "Biz gənclərin və istedadlı tələblərin öz potensiallarını tam inkişaf etdirmələrinə dəstək verməkdən və onların həyatı üçün perspektiv yaratmaqdan qürur duyuruq və məmnunuq."

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin rəisi Aydan Seyidova miqrantların, qaçqınların və sığınacaq axtaranların himayəsinin və onlara təklif olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında Azərbaycan hökumətinin gördüyü işləri qeyd edib.

Tədbirdə, həmçinin yeni seçilmiş tələbələrin valideynləri və qaçqın icmasının nümayəndələri iştirak ediblər. Onlar övladlarının ali təhsil alması yolundakı başlıca əngəllərin aradan qaldırılmasına görə Almaniya hökumətinin BMT QAK vasitəsilə göstərdiyi alicənab dəstəyi yüksək qiymətləndiriblər. Valideynlər, həmçinin Azərbaycanda qaçqınlar üçün yaradılan səmimi qonaqpərvərlik mühitini yüksək dəyərləndirib, tolerantlığına və qonaqpərvərliyinə görə yerli sakinlərə minnətdar olduqlarını bildiriblər.

BMT QAK keçmiş Sovet İttifaqında BMT QAK-ın birinci fövqəladə yardım əməliyyatı çərçivəsində Azərbaycanda 1992-ci ilin dekabrında fəaliyyətə başlayıb. Ali Komissarlığa zorakılıq, təqib, müharibə və ya fəlakət səbəbindən yurdunu tərk etmiş hər kəsin sığınacaq axtarmaq və təhlükəsiz sığınacaq tapmaq hüququnu təmin etmək vəzifəsi həvalə olunub. 1950-ci ildən bəri Ali Komissarlıq müxtəlif qitələrdə çoxsaylı böhran halları ilə üzləşib və qaçqınlara, sığınacaq axtaran şəxslərə, məcburi köçkünlərə, eləcə də vətəndaşlığı olmayan şəxslərə həyati əhəmiyyətli yardımlar göstərib.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı