Kipr Türk Mətbuat Şurası başqanı Şule Aker Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının ( ÜMŞA) ümumi iclasında yenidən ÜMŞA-ya prezident seçilib.
Eurasia Diary xəbər verir ki, toplantıda ÜMŞA birinci vitse-prezidentliyinə Azərbaycandan Əflatun Amaşov, ikinci vitse-prezidentliyə Kenyadan David Omvoyo, Baş Katiblik vəzifəsinə Nepaldan Kişor Şresta, Maliyyə Katibliyinə isə Türkiyədən Tamer Atabarut seçilib.
Toplantıda həmçinin növbəti ümumi iclasın gələn il Kenyanın paytaxtı Nairobidə, dəyərləndirmə iclasının isə aprel ayında İraqın Ərbil şəhərində keçirilməsi qərara alınıb.