Ərdoğan Qarabağ üçün ikinci Ənvər Paşa olacaqmı?

Siyasət 17:40 14.09.2019
Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 101-ci il dönümü münasibətlə Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan general-mayoru, Kipr müharibəsi qazisi Cumhur Evcil maraqlı açıqlamalarla gündəmə gəlib. 
 
Türkiyəli general deyib ki, 101 il öncə Ənvər paşa Türkiyənin ölüm - qalım mücadiləsi verməsinə baxmayaraq qardaş Azərbaycanı erməni işğalından xilas etmək üçün ordu yaradaraq qardaşı Nuru paşanın komandanlığında Azərbaycana göndərsə də 90-cı illərdə Azərbaycanı erməni işğalından xilas etmək üçün Türkiyədə ikinci Ənvər paşa olmadı...
 
Eurasia Diary xəbər verir ki, moderator.az mövzunu davam etdirərək Türkiyə siyasi həyatını yaxından izləyən ermənişünas alim, professor Qafar Çaxmaqlıdan "Sizcə, Ərdoğanın Türkiyənin ikinci Ənvər Paşası olmaq şansı varmı və sizcə o bu şansdan istifadə edəcəkmi?" sualına aşağıdakı cavabı alıb:
 
 
Bakının qurtuluşunun 101-ci ildönümündə Qafqaz İslam Ordusu və onun cəsur komandiri, Bakı fatehi  Nuru paşanı hörmətlə anmalıyıq. Bu gün biz  Bakıda rahat yaşaya biliriksə, bunu hardasa Nuru paşanın xidməti hesab etməliyik. Mən bir neçə il öncə bir yazı yazmışdım. Adını da "hanı Nuru paşanın heykəli? qoymuşdum.  Doğrudan da bizim bu şəxsə bir vəfa borcumuz var.  Bakının ən yaxşı yerlərindən birində Nuru paşanın heykəli yoxdursa, demək biz  hələ o borcu verməmişik. 1990-cı illərdə Azərbaycan Qarabağda erməni təcavüzünə qarşı müharibədə ikən  çox təəssüf ki, yeni "Nuru paşalar" ortaya çıxmadı. Xalq olaraq bütün Anadolu türkləri Azərbaycanın yanında idilər və könüllü olaraq gəlib Qarabağda vuruşan igid insanlar olduğunu  bilirik. Amma o zamanın şərtlərində Türkiyənin  dövlət olaraq bizə dəstək verməsini mümkün hesab etmədilər. Bunun çoxlu səbəbləri var. Bəlkə də o zaman bir cəsarətli rəhbər olsaydı, bir "dəli addımla" hər şeyi başqa səmtə yönəldə bilərdi. Olmadı. Nəticədə biz ərazimizin bir hissəsini tərk etməyə məcbur olduq. Və dözülməz bir bir sonuclara qatlanmaq zorunda qaldıq. İşğal çox uzun sürdü. Və görünən odur ki, bu məsələni danışıqlar yolu ilə həll etmək mümkün olmayacaq.  Mən son illər bu qənaətə gəlmişəm ki, Dağlıq Qarabağ məsələsini öz xeyrimizə həll eləmək üçün Türkiyəni bu işə cəlb etməliyik. Siyasətimizi elə qurmalıyıq ki, Türkiyə bu prosesin içində olsun. Dağlıq Qarabağ Türkiyənin hər hansə vilayəti kimi alqılansın və buranın işğaldan qurtarılmasını öz məsələsi hesab eləsin. Sanki Türkiyənin Ərzurum vilayəti işğal altına düşüb və onu xilas etmək üçün hansı addımları atacaqsa, hansı tədbirlər görəcəksə onu etsin. İndiki Türkiyə lideri Ərdoğanın əslində vizyonu çox genişdir, o, dövlətinin təhlükəsizliyini təmin etmək üçün sərhəd ötəsi əməliyyatları cəsarətlə davam etdirir. Bəs Qarabağ? Məgər Qarabağın işğal altında bunca illər qalması Türkiyənin təhlükəsizliyinə təhdid deyil? Bu gün Türkiyədə Ənvər paşalar, Nuru paşalar yüzlərcədir və inanıram ki, siyasi iradənin gətirdiyi gələcək imkanlar Qarabağın xilasını da bizə göstərəcək. Türkiyədə bu şüarı hər yerdə səsləndirirlər və hər dəfə bunu dinləyəndə insanın köksü qabarır "Qarabağ bizimdir, bizim olacaq".

 

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Hamısı