İranda erməni olimpiadasına start verildi "Dağlıq Qarabağ" komandası da iştirakçılar arasında...

Siyasət 12:30 15.09.2019

Məhərrəmlik ayının 15-dir. Yəni İran İslam Cümhuriyyətinin hər il rəsmi şəkildə yas elan etdiyi ayın tam ortalarındayıq. Kərbəlada İmam Hüseyn qətliamının 1339-ci ildönümündən – Aşuradan cəmi 5 gün keçib. Ənənəvi şiə inanışına görə, gələn ayın 10-na qədər möminlər hətta saçlarını qırxdırmamalı, toy ziyafətləri keçirməməli, bəzənib-düzənməməlidir.

İranın “darül-küfr” və ya “darül-hərb” olaraq görüb aşağıladığı Azərbaycanda hələ də bu adət-ənənələrin bəziləri davam edir. Ən azı, toylarımızı bir ay təxirə salırıq. Dünyaya guya islam dəyərlərini yayan İranda isə toy-bayramdır. Tehran səmasını bəzəyən fişənglər nə məqsədlə atılsa yaxşıdır? – 51-ci Erməni Olimpiadasının açılışı münasibətilə.

 Bəli, düz tapdınız. Ənənəvi Erməni Olimpiadasının builki açılışı da xüsusi  təmtəraqla keçirilib. 10 gün davam edəcək yarışlarda erməni idmançılar futbol, basketbol, atletizm, sahmat və üzgüçülük kimi 9 sahədə öz güclərini sınayacaqlar. Olimpiadaya İran və dünyanın müxtəlif ölkələrindən yüzlərlə idmançı qatılıb. Tədbirin iştirakçıları bu yarışların ermənilərin idman bacarıqlarını inkişaf etdirmək kimi məsum bir gərəkçəylə keçirildiyini deyirlər. Həm də o ölkədəki, bir neçə gün əvvəl futbol seyr etmək istəyən bir qız məhkəməyə verilmiş və basqılara tab gətirməyərək intihar etmişdi. Şəkillərə nəzər salanda erməni olimpiadasına qatılanlar arasında qızların da yer aldığı aydın olur. Belə çıxır ki, İran adlı məmləkətdə erməni qızlar hətta yarışa qatıla bilərlər. Zavallı müsəlman qızların isə yarışları seyr etmək hüququ belə yoxdur.

İran rəsmiləri olimpiadanın keçirilməsində heç bir rolları olmadığını və yarışın bu ölkədəki məşhur “Ararat” klubu tərəfindən düzənləndiyini iddia edirlər. Bu həmin “Ararat” klubudur ki, bu ilin əvvəllərində İrana səfər edən Ermənistan baş naziri Nikol Paşinyanı ağırlamış və görüşün keçirildiyi qapalı stadionun divarına qondarma Dağlı Qarabağ “respublikasının” bayrağını asmışdı. Həmin bayrağın üzərində isə ermənicə “Qarabağ Ermənistanındır və son” yazılmışdı. Üzərindən bir neçə ay keçəndən sonra Paşinyan Dağlıq Qarabağa etdiyi səfərdə bu şüarı təxminən eyni şəkildə təkrarlayacaq və faktiki olaraq Azərbaycana qarşı müharibə elan edəcəkdi. Elə bu faktın özü Paşinyanın məlum həyasızlığının ilhamverici güclərindən birinin də İran olması barədə şübhələri ağla gətirir.

Qeyd edək ki, “Ararat” klubu Türkiyədə 1915-ci ildə yaşamış məşhur gərginlik zamanı İrana sığınan ermənilər tərəfindən qurulub. Hazırda İranda cəmi 70 min nəfərə yaxın erməni yaşayır ki, onların da böyük əksəriyyətini Türkiyənin mühacir erməniləri təşkil edirlər. İranın öz erməniləri isə 19-cu əsrin əvvəllərində Rusiya və Qaçar dövləti arasında baş vermiş müharibədən sonra köçürülərək işğal olunmuş Qarabağ və İrəvan xanlığı ərazisində yerləşdirilmişdi. Rusiya ilə Qacar dövləti arasında 1828-ci il fevralın 10-da bağlanmış "Türkmənçay müqaviləsi"nə əsasən, reallaşdırılan bu köç nəticəsində indiki İranda barmaqla sayılacaq qədər erməni qalmamışdı. Müqavilənin XV maddəsi də bunu təsdiqləyir: "Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büs-bütün və tam bağışlanma əta edir… Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir".

   

Məlumata görə, müqavilənin bu tələbini yerinə yetirmək məqsədilə İrəvan və Naxçıvanda köç komitələri yaradılmış və köçkünlərə mühüm imtiyazlar verilmişdi: 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edilmək, İrandan alınan təzminat hesabına onlara vəsait verilməsi və s.

Rəsmi sənədlər sübut edir ki, İrandan o zaman köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1915-ci ildə Türkiyədə baş verən gərginlik zamanı İrana sığınan ermənilərin də sayı təxminən o civarda idi. Başqa sözlə desək, bu gün də ürəyi Ermənistanla döyünən və hətta onların idman qabiliyyətlərini artırmaq qayğısına qalan İran öz ermənilərini Türkiyə köçkünləri sayəsində bərpa etdi. Tarixi Azərbaycan torpaqlarının erməniləşdirilməsi isə bununla bitmədi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də bizim dəd-baba yurdlarımıza 90 min erməni köçürüldü və Azərbaycan xalqının gələcək faciələrinin əsası qoyuldu.  

O zamankı məğlubiyyətinin bədəlini bizə ödətdirən İran 1915-ci ildə Osmanlı ərazisində yaşanan münaqişədən qaçan ermənilərə sinə açması isə təsadüfi deyildi. 1964-cü ildən bəri “Ararat” klubu adıyla hər il erməni olimpiadaları keçirən İran belə görünür ki, indi də bu kartdan bizə və Türkiyəyə qarşı istifadə edir. Belə ki, “Ararat” sözü ermənilər üçün təkcə Ağrı dağının adı deyil, həm də siyasi simvolikadır və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə turur.

İran rəsmilərinin bu olimpiadanın təşkilində yer almadıqlarını söyləməsi də inandırıcı deyil. Çünki keçirilən bütün olimpiadaların açılışında İran yetkililəri də iştirak edir və yarışlara xeyir-dua verirlər. Bu ilki yarışlarda İran rəsmilərinin hansı səviyyədə iştirakı barədə heç bir məlumat verilməsə də, şəkillərdə dövlət yetkililərinin çıxış etdikləri aydın görünür. Ötən yarışlarda isə İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi və İran prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisinin tədbir iştirakçıları arasında olması diqqətdən yayınmamışdı. Yəqin ki, bugünkü açılış mərasimində Tehran stadionunda erməni idmançılarına xeyir-dua verənlər də eyni adamlardır. 51-ci Erməni Olimpiadasının açılışının İranın rəsmi informasiya kanalı İRNA tərəfindən yayınlanması da molla rejiminin arqumentlərini alt-üst edir. (Bax: https://en.irna.ir/photo/83474536/51st-Armenian-Olympics-kicks-off-in-Tehran

 

Yarışlarda diqqəti cəlb edən ən vacib məqamlardan biri də 2016-cı ildən olimpiadaya rəsmən qatılan arasında Dağlıq Qarabağ komandasının da yer almasıdır. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk dövlətlərdən olduğundan Erməni Olimpiadasında nəzərə çarpan bu məqam rəsmi Tehranın səmimiyyətinə kölgə salır. Azərbaycanın rəsmi dairələri, xüsusilə Xarici İşlər Nazirliyi iranlı həmkarlarını məsələyə aydınlıq gətirməyə səsləməli və gərəkli addımlar atmalıdır. (ovqat.com)

İddialarımızın əyani dəlili kimi İRNA-da dərc olunan fotoları təqdim edirik:

        

(Moderator.az)
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Hamısı