Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktorundan ŞOK addım - Paşinyana sərt ittihamlar | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktorundan ŞOK addım - Paşinyana sərt ittihamlar

Siyasət A- A A+

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verib.

Eurasia Diary erməni KİV-lərinə istinadla xəbər verir ki, Vanesyan bunu öz müraciətində bildirib.

Qeyd edək ki, bir müddət əvvəl onun istefa verdiyi, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından sonra ərizəsini geri götürdüyünə dair məlumat yayılmışdı.

A.Vanesyanın istefa məktubu erməni mətbuatında yayımlanıb. Həmin məktubda Vanesyan Paşinyan iqtidarına qarşı sərt ittihamlar irəli sürüb:

"Mən dövlətimə hər zaman sadiqəm və yenə də sadiq qalıram. Zabit şərəfimi qoruyuram. Dövlət quruculuğunun öz məntiqi var. Lakin hazırda dövlətdə qəbul edilən qərarların nizamsızlığı, qeyri-ardıcılığı və iqtidarın fəaliyyətinin əsassızlığı, hadisələrin məntiqi ardıcıllığını seçə bilməməsi, bütün bunların dövlətçiliklə və dövləti idarə etməklə heç bir əlaqəsi yoxdur. Qoy mənim istefam cəmiyyətimizi ayıltsın". 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...