Zurabişvili Əliyevə telefon açdı və təşəkkür etdi | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Zurabişvili Əliyevə telefon açdı və təşəkkür etdi

Siyasət A- A A+

Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Eurasia Diary xəbər verir ki, bu məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb. Telefon danışığı zamanı Zurabişvili Əliyevə Qax rayonu Əlibəyli kəndində gürcüdilli orta məktəbin açılışına görə təşəkkür edib.

İlham Əliyev isə öz növbəsində Azərbaycanın Gürcüstana həm dost, həm də strateji tərəfdaş kimi dəstəyini təsdiq edib.

Zurabişvili həmçinin İlham Əliyevə Gürcüstana Ümumdünya Ticarət Təşkilatının Avropa Regional Bürosuna rəhbər seçkisi prosesində dəstək verdiyi üçün təşəkkürünü çatdırıb. O, Azərbaycan liderini Gürcüstana dəvət edib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...