Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hər hansı status üçün müraciət etməyib.
Eurasia Diary-nin məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Ermənistanın müxtəlif səviyyələrdə fobiyası var.
“Azərbaycan tərəfi müraciət etməsə də, Ermənistan özünün fobiyaları və komplekslərindən irəli gələrək hər bir məsələni diplomatik çərçivədən kənarda müzakirə etməyə çalışır”.