Xəbər verdiymiz kimi, işğalçı ölkə növbəti hərbi təlimlərə hazırlaşır.
“24 sentyabr - 5 oktyabr tarixlərində görünməmiş miqyaslı və xarakterli strateji hərbi təlimlər keçiriləcək”.
Eurasia Diary "moderator.az"a istinadla xəbər verir ki, bu məlumat Ermənistan Müdafiə Nazirliyinin "Zinuj" informasiya-klipində yayılıb.
“Bütün ölkə və hər kəsin iştirak edəcəyi unikal müdafiə tədbiri... Gəlin hərbi təlimlərdə iştirak edək! "-deyə məlumatda bildirilir.
"Müdafiədən hücuma, düşmənin məhvinə qədər!", - işğalçı ölkə əhalisinə ünvanlanmış video-klipdə belə deyilir.