Türkmənlərin yaşadığı Tuzhurmatu vilayətinə aid olan Yengice qəsəbəsində terror aktı törədilib.
Eurasia Diary xəbər verir ki, terrorçular tərəfindən yerləşdirilmiş bombanın partladılması nəticəsində 6 azyaşlı türkman ağır yaralanıb.
Azyaşlılardan birinin iki qolu da amputasiya edilib.
Qeyd edək ki, bu məlumatı Tuzhurmatu polis rəisi polkovnik Hüseyin Əli təsdiqləyib.
Onun sözlərinə görə hadisə ilə bağlı cinayət işi açılıb və ağır yaralılar helikopterlə Türkiyəyə, paytaxt Ankaraya göndərilib.