Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko yeni hökumətin, o cümlədən dövlət başçısı Vladimir Zelenskinin onu həbsxanaya sala bilməyəcəyinə əmin olduğunu açıqlayıb.
Eurasia Diary xəbər verir ki, bu barədə “112 Ukrayna” nəşri yazıb.
“Mənim siyasi qüvvəm heç kimdən və heç nədən qorxmur”, - Poroşenko bildirib.
Yeni hakimiyyəti “oğlanlar” adlandıran Poroşenko uzun illər ərzində çoxlarının onu həbs etdirmək arzusunda olduğunu, lakin onlarda alınmadığını qeyd edib.