“Death of armenians” - “Ermənilərə ölüm”, “Leave now” - “Rədd olun!” Amerikalılar ermənilərə qarşı - FAKT

Siyasət 10:49 07.10.2019

İllərdir az qala özümüzü inandırırq ki, dünyadakı erməni lobbisi div gücündədir, heç bir qüvvə bu lobbi ilə bacarmaz. Hətta bu qüvvə o qədər fetişləşdirilib ki, Amerika, Fransa kimi ölkələrin erməni lobbisi tərəfindən idarəedilməsinə şübhəmiz qalmayıb.

Elə ermənilərin də istəyi budur.

Öncə Amerikada, Los Anceles ştatında ermənilərin Ermənistana yardım kampaniyasında müşahidəçi qismində iştirak etmiş bir azərbaycanlının fikirlərini sizə çatdıraq, sonra yazının adındakı hadisəni təffərrüatı ilə oxuya biləcəksiniz.

Bir il əvvəl ermənilər adını çəkdiyimiz ştatda “Artsax üçün yardım kampaniyası”na start verirlər. Bir həftə ərzində 200 min dollar pul toplanılır.

Ancaq ermənilər bunu dünyaya 200 milyon kimi təqdim edirlər. Yəqin ki, hər biriniz anında düşündünüz ki, Amerikada belə bir yalana yol verilə bilməz. Onu da unutmayın ki, belə kampaniyalarda erməni lobbisi hər dəfə anonim adamlara istinad edir, bu məsələdə elə piar qururlar ki, nəinki bütün ermənilərin, hətta dünyanın diqqətini cəlb edə bilsinlər.

Qaldı yığılan məbləğin şişirdilməsinə, araşdırmalar nəticəsində məlum olub ki, ayrı-ayrı erməni fondları hesablarındakı pulu “burdan ora” köçürməklə dünyanı buna inandırmağa çalışırlar.

Burada xüsusi hədəf dünyadakı imkanlı ermənilərdir. Onlar eşidəndə ki, iş adamı olmayan ermənilər 200 milyon topladılar, istər-istəməz hərəkətə keçirlər.

Biz isə dünyanın harasında yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq imkanlı azərbaycanlıların ünvanına ən yumşaq halda “Onlar restoranlara, qızlara, qumara milyardlar xərcləyər, öz millətinə bir manat qıymaz” kimi ifadələr göndəririk.

Yəqin ki, yanaşmadakı fəqi hiss etdiniz. Biz öz yanaşmamızla hər kəsi geri itələyirik.

Keçək əsas məsələyə.

Ötən həftə Amerikada ermənilərin cəmləşdiyi təşkilatlardan biri

 (The Armenian Youth Federation Glendale (Glendale erməni gənclər təşkilatı) "Roupen" əslində təşkilatın götürdüyü addı, yəni buna erməni təşkilatı olan "Roupen" də demək olar) amerikalılara etiraz bəyanatı ünvanlayıb.

Deməli, bir il əvvəl Los Anceles ştatının Glendale Şəhər Şurasının qərarı ilə Maryland prospektinin adı dəyişdirilib və Artsaxla əvəzlənib.

Erməni təşkilatı olan "Roupen" etiraz bəyanatında qeyd edir ki, bu prospektin adının dəyişdirilməsinin ildönümü ərəfəsində, yəni ötən həftə "Armenian Council of Aging” - erməni ağsaqqallar şurasının binası qarşısında ermənilərə qarşı amerikalılar tərəfindən ayrı-seçkilik şüarları səsləndirilib.

Bir az da konkretləşdirsək, ("Death of armenians”-ermənilərə ölüm", "Leave now”-rədd olun") şuarların davamlı xarakter aldığı və bunun yolverilməz olduğu vurğulanıb.. Maryland prospektinin adının dəyişdirilməsi və Artsaxla əvəzlənməsi isə karikaturalaşdırılıb  və karikatura “Los Angels Times” nəşrinin bir qolu olan "Glendale news press" də dərc olunub.

Karikaturanın "Artsakh" küçəsinə işarə kimi "Maryland prospekti üçün darıxıram" başlığı ilə dərc olunmasına diqqət çəkən ermənilər,  “Glendale”nin etnik erməni icmasını hədəf aldığını iddia ediblər.

Ermənilərin vay-şivəni bununla bitmir. Onlar etiraz olaraq bildiriblər ki, Artsaxın nə olduğu bilməyənlərin, həm erməni, həm də Amerika mədəniyyəti üçün əhəmiyyəti barədə məlumatı olmayanların irqçi karikatura çəkməzdən əvvəl özlərini tərbiyə etmələri yaxşı olardı.
“Artsax müstəqil bir respublikadır, yalnız öz suverenliyi üçün deyil, həm də mövcudluğu üçün daim mübarizə aparır. Bu ad erməni-amerikalıların qəlbində əhəmiyyətli bir yer tutur”,-deyə erməni icması hay-küy salıb.

Ermənilər məsələnin bu şəkil almasında Amerikadakı Azərbaycan diasporunu əsas baiskar bilsələr də, etiraz bəyanatlarında bundan heç də bəhs etməyiblər.

Bunun cavabı isə sadədir: bizdən fərqli olaraq ermənilər Azərbaycan diasporunun fəaliyyətini, adını çəkmirlər. Çünki bununla Azərbaycan diasporunun gücünü etiraf edirlər kimi görünəcəklərindən ehtiyatlanırlar.

Əslində isə qeyd etdiyimiz məsələdə Amerikadakı Azərbaycan diasporunun böyük rolu var.

Və əsas odur ki, dünyada “Kiçik ermənistan” kimi tanınan bir Amerika ştatında amerikalılar ermənilərə “rədd olun , ermənilərə ölüm!”şüarı səsləndiriblər.

Kim bilir, bəlkə də bu, tarixi dönüşün, erməni ifşanın başlanğıcıdır.

Azərbaycan diasporu tarixində yeni bir dövrdür.

Təki biz özümüzə, gücümüzə güvənək, özümüz barədə əskiklik komplekindən birdəfəlik uzaq olaq.

P.S. Ermənistanın baş naziri Paşinyanın diaspor komissarı təyinatından sonra Rusiya erməniləri ilə Amerika ermənilərinin qarşıdurma həddində olması faktı da ortadadır.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı