Tacikistan və Qırğızıstan "ASAN Xidmət" modelinin ixracı ilə bağlı müraciət edib | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


Tacikistan və Qırğızıstan "ASAN Xidmət" modelinin ixracı ilə bağlı müraciət edib

Siyasət A- A A+

"Tacikistan və Qırğızıstan "ASAN Xidmət" modelinin ixracı ilə bağlı müraciət edib".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Özbəkistanla da anlaşma sazişi imzalanıb: "Bu, bizim beynəlxalq tərəfdaşlarımızla bağladığımız 12-ci müqavilədur. Həmin ölkələrdən 10-nunda "ASAN Xidmət" modelinin ixracı ilə bağlı işlərə başlamışıq. İxrac istiqamətində işlərimiz bundan sonra da davam edəcək. Təkcə "ASAN Xidmət" modeli ilə bağlı yox, ümumiyyətlə, Azərbaycanın elektron hökumət, İT həlləri proqramları da artıq dünyaya ixrac olunur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...