"Əli Əsədovun Baş nazir vəzifəsinə təyin olunması yerində olan bir qərardır" - Hikmət Babaoğlu | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


"Əli Əsədovun Baş nazir vəzifəsinə təyin olunması yerində olan bir qərardır" - Hikmət Babaoğlu

Siyasət A- A A+

“Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması çox yerində olan bir qərardır. Çünki bu günə qədər Azərbaycan iqtisadiyyatı çox böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dərin islahatlar aparılır”.

Eurasia Diary xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi məsələsi müzakirə olunan zaman deyib.

Hikmət Babaoğlu bildirib ki, iqtisadiyyatımızın hazırkı mərhələdə inkişafı yeni perspektivlər yaradır. Onun sözlərinə görə, bundan sonra bu perspektivləri realizə etmək üçün qlobal çağırışlar kontekstində və  milli iqtisadiyyatımızın çağırışları kontekstində daha dərin islahatların aparılması üçün baş nazirlik institununun fəaliyyətində belə bir aktivliyə ehtiyac vardı ki, Əli Əsədov öz bilik və bacarığı ilə bu işin öhdəsindən layiqincə gələ biləcək.

“Çünki Əli Əsədov iqtisadiyyatın nəzəri əsaslarını dərindən bilir. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil alarkən Əli Əsədov mənim müəllimim olub. Sonra bu ali məktəb Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası kimi təsis olunanda yenə Əli Əsədov mənim müəllimim idi.   Bu illər ərzində bizim çox yaxşı tələbə-müəllim münasibətlərimiz olub. Ölkəmizin iqtisadi inkişaf perspektivləri ilə bağlı onun ideyaları ilə tanışam və sonrakı mərhələdə bu ideyaların necə realizə olunduğunun da şahidi olmuşam. Bir xüsusiyyəti də ondan ibarətdir ki, bütün mərhələlərdə Əli müəllim bir pedaqoq kimi davranmağı, səmimi olmağı  bacarıb. Hansı vəzifədə olmasından asılı olmayaraq o, bu səmimiyyəti nümayiş etdirib. Mən düşünürəm ki, bu da çox insani keyfiyyətdir”-deyə, deputat vurğulayıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...