30 ölkədən 150 siyasətçi Qarabağa gəlir - “Artsaxın dostları” forumu keçiriləcək - RƏZALƏT | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


30 ölkədən 150 siyasətçi Qarabağa gəlir - “Artsaxın dostları” forumu keçiriləcək - RƏZALƏT

Siyasət A- A A+
2 gündən sonra – oktyabrın 11-də Azərbaycanın işğal altındakı Xankəndi şəhərində  "Daşnaksütyun"un  təşkilatçılığıyla  “Sülh və ədalət naminə əməkdaşlıq” devizi altında üzdəniraq tədbir keçiriləcək. 
 
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, 30 ölkədən 150 siyasətçinin qatılacağı yığıncaq “Artsax dostları” forumu adlanır. 
 
Konfransda iki mövzu müzakirə ediləcək:
 
 
1) "Artsax xalqı"nın öz müqəddəratını təyinetmə hüququ və  sülh yolu ilə tənzimlənmə prosesi";
 
 
2) "Artsax"ı təcrid etmək üçün Azərbaycanın siyasətinə qarşı çıxmaqdan ötrü qondarma rejimin iqtisadi, mədəni və elmi-təhsil sahələrində beynəlxalq əlaqələrini genişləndirmək imkanları".
 
Ermənistan parlamentinin spikerinin və Avropa və ABŞ-dakı “Daşnaksütyun” və digər təşkilat nümayəndələrinin də çıxış edəcəyi Konfransda bəyannamə qəbul ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...