Putin Təhlükəsizlik Şurasını topladı | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


Putin Təhlükəsizlik Şurasını topladı

Siyasət A- A A+

Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Suriyadakı vəziyyəti müzakirə edib.

Eurasia Diary bildirir ki, Kreml nümayəndəsi bunun səbəbinin Ərəb Respublikasının şimal-şərqində vəziyyətin gərginləşməsi ilə bağlı olduğunu izah edib.

Yığıncaq iştirakçıları həmçinin Suriya konstitusiya komitəsinin işinin başlaması mövzusuna toxunub.

"Qeyd edilib ki, bu mərhələdə hər kəsin sülh yolu ilə nizamlanmasına maneə yarada biləcək hərəkətlərdən çəkinməsi vacibdir", deyə Kremlin mətbuat xidməti Dmitriy Peskov.

O, iclasda daxili gündəmdəki cari məsələlərin də müzakirə olunduğunu əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...