Müsavat qurultayın vaxtını dəyişdi - məkan da məlum oldu | Eurasia Diary - ednews.net

18 Noyabr, Bazar ertəsi


Müsavat qurultayın vaxtını dəyişdi - məkan da məlum oldu

Siyasət A- A A+

Müsavat Partiyasının qurultayı əvvəlcədən elan olunduğu kimi oktyabrın 12-də deyil, 13-də keçiriləcək.

Eurasia Diary modern.az-a istinadən xəbər verir ki, bu barədə Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı namizədlərin bugünkü debatında bildirib.

Onun sözlərinə görə,  qurultay oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçiriləcək.

Müsavat başqanı vəzifəsi uğrunda üç namizəd - hazırki başqan Arif Hacılı, partiyanın Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...