"“Keşikçidağ” məsələsi ölkələrin milli maraqları çərçivəsində həll edilməlidir” - Gürcüstanın Baş Naziri | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


"“Keşikçidağ” məsələsi ölkələrin milli maraqları çərçivəsində həll edilməlidir” - Gürcüstanın Baş Naziri

Siyasət A- A A+

“Keşikçidağ” məsələsi Azərbaycan və Gürcüstanın milli maraqları çərçivəsində həll edilməlidir”.

Eurasia Diary-nin xəbərinə görə, bunu Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən Gürcüstanın Baş Naziri Giorgi Qaxaria deyib.

Baş Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı “Keşikçidağ” məsələsi müzakirə edilib.  

“Bildiyiniz kimi, biz dəfələrlə bildirmişik ki, bu məsələ hər iki ölkənin milli maraqları, tarixi irs və kilsə maraqları çərçivəsində həll edilməlidir. Bu, yanaşmamızın ən vacib komponentidir. Onu da xatırlatmaq istərdim ki, hər addım atarkən son dərəcə məsuliyyətli və ehtiyatlıyıq. Hamı başa düşməlidir ki, vətənə sevgi və vətənpərvərlik düşüncəsiz addımlar demək deyil”, - deyə G. Qaxaria qeyd edib.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...