"Bu addımlar Türkiyə və ABŞ arasındakı münasibətləri uçuruma aparır" - Almaniyalı sabiq nazir | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


"Bu addımlar Türkiyə və ABŞ arasındakı münasibətləri uçuruma aparır" - Almaniyalı sabiq nazir

Siyasət A- A A+

“Qərb Türkiyənin Suriyadakı narahatlığını anlamaqda çətinlik çəkdi”

 Bu sözləri Almaniyanın sabiq Xarici İşlər naziri Ziqmar Qabriel Bild Daily-ə müsahibəsində qeyd edib.

Sabiq nazir bəyanatında ABŞ-ı NATO üzvü olan Türkiyədən dəfələrlə xəbərdarlıq almasına baxmayaraq Suriyadakı YPG-PKK terror qruplaşmalarına yardımlarını kəsməməkdə tənqid edib.

O, bu addımların Anakra və Vaşinqton arasındakı münasibətləri uçuruma apardığını bildirib.

“Bu xətalı addımların təməli Obama administratsiyası dövründən qoyuldu. Obama hökuməti hələ o zamanlar YPG-yə durmadan yardımlar edərək regiondakı boşluqları doldurmağa çalışdı. Əlbəttə ki, bunu təkzib etmələrinə baxmayaraq PKK-nın Suriya qolu Suriyanın Şimal-Şərqində nəzarəti ələ almağa başladı”- deyə sabiq nazir əlavə edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...