SON DƏQİQƏ: “Sülh çeşməsi” əməliyyatında 5 ölü - Türk ordusu irəliləyir - VİDEO | Eurasia Diary - ednews.net

17 Noyabr,


SON DƏQİQƏ: “Sülh çeşməsi” əməliyyatında 5 ölü - Türk ordusu irəliləyir - VİDEO

Siyasət A- A A+

Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı çərçivəsində Mardinin Qamışlı bölgəsində 5 YPG-PKK terrorçusu məhv edilib.

Eurasia Diary xəbər verir ki, bu barədə “Yeni Akit” nəşri informasiya yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri bölgəyə PUA-larla nəzarəti gücləndirib. Hazırda terror qruplaşmasının istənilən aktivliyinə dərhal və kəskin reaksiya verilir. Bölgədə həmçinin terrorçulara məxsus sursat yüklü maşın məhv edilib.

Eyni zamanda Türkiyənin Müdafiə Nazirliyi "tvitter" hesabından hərbi əməliyyatla bağlı məlumat verib. Məlumatda əməliyyatın gecə və gündüz müvəffəqiyyətlə həyata keçirildiyi və müəyyən edilmiş hədəflərin ələ keçirildiyi qeyd edilib.


Komandolar Suriye'ye giriş yaptı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...