Göyərçin cildli kərkəs - Türk qanı axıtmaqdan ləzzət alan Njdenin dəhşətli CİNAYƏTLƏRİ

Siyasət 10:42 14.10.2019

Özünü ictimaiyyətə demokrat kimi tanıdaraq Ermənistanda iqtidara gəlmiş N.Paşinyan MDB  başçıları şurasının  Aşqabadda keçirilən sonuncu iclasında insanlığa, ilk növbədə isə türklərə qənim kəsilmiş Njde ləqəbli cani ( Njde - sözü ermənicədə  “sərgərdan, sərsəri, səfil” anlamındadır) haqqında heyranlıqla danışaraq, onu repressiya qurbanı kimi tanıtmağa çalışdı. Bəzi üzdəniraq, sözdə liberallarımız bizim Milli qəhrəmanlarımızı görməzdən gələrək, onların haqqında sayqısız danışdıqları bir zamanda ermənilər bütün ömrü boyu türklərin qanını axıtmış, yaşayış məskənlərini viranə qoymuş, maddi- mədəniyyət nümunələrini talan etmiş, türk əsillilərin var-dövlətinə, tarixi ərazilərinə sahib çıxmış, erməniləri hər gün türklərə qarşı mübarizəyə səsləmiş kərkəs xislətli Njdeni göyərçin kimi barış rəmzi olaraq təqdim etməyə başlayıblar.   

Bu yazıda Njde haqqında həqiqətlərin bəzilərini açıqlamağa ehtiyac duyduq.

Sənədlərə görə, 1886-cı ildə Naxçıvanda doğulmuş, 1894-1902-ci illərdə orda oxumuş, əsl adı Arakel olan Arutyunyan ( sonralar özünü əsilzadələrdən göstərmək məqsədi ilə familiyasını Ter Arutyunyan şəklində dəyişdirib)  Njde Qaregin Yeqişeviç  əli silah tutandan bəri saysız-hesabsız cinayətlərin iştirakçısı və təşkilatçısı olub. Bu “xidmətləri” sayəsində Culfadan Peterburqa qədər müxtəlif həbsxanalarda “dincəlmək” şərəfinə də layiq görülüb. Peterburqda universitetdə oxuduğu zaman törətdiyi növbəti cinayətə görə 1909-cu ildə  universitetdən qovulan, polis tərəfindən axtarılan və yaxalandığı təqdirdə  Sibirə sürgün ediləcəyi qorxusundan Njde havadarlarının köməyi ilə  gizli şəkildə Bolqarıstana qaçıb. (Sonralar isə  o, özü bu hadisəni   siyasi fəaliyyəti ilə əlaqələndirib).
O. Balkan savaşı zamanı Andraniklə birlikdə türklərə qarşı vuruşub. I Dünya müharibəsi başlayanda Çar hökumətinin vermiş olduğu əfvdən yararlanaraq, geri qayıtmış,  silahlı dəstə yaradaraq  Anadolu və Azərbaycan türklərinə  xüsusi amansızlıqla divan tutmağa başlamışdı. 1918-121-ci illərdə Zəngəzur, Gümrü, Vedi və Qarabağda törətdiyi cinayət əməllərinin bir qismi məhkəmə sənədlərində də təsbit edilib. Məsələn, istintaqda şahid qismində dindirilən Xoylunts Arsen Arutyunoviç adlı şəxs “Njdenin Zəngəzurdakı əməlləri barədə nə bilirsiniz?” sualına belə cavab vermişdi:

“В 1919-1920гг. под руководством Нжде, который командовал вооружёнными силами дашнакской армии в Кафанском районе, были уничтожены десятки азербаджанских сёл Кафанского и близлежащих районов и истреблены тысячи мирных жителей этих сёл.
- 1919-1920-ci illərdə Njdenin komandanlıq etdiyi daşnak ordusunun  silahlı birlikləri Qafanda və onun civarında yerləşən ərazilərdə onlarca azərbaycanlı kəndini dağıtmış  və burada yaşayan minlərlə dinc əhalini məhv etmişdir”. (Bax: Протокол допроса свидетеля Хойлунца Арсена Арутюновича от 16-го сентября 1947г.)

1921-ci ilin iyun ayından Zəngəzurda raykom katibi işləmiş şahid Xoylunts bildirib ki, Njde 1920-ci ilin axırı, 1921-ci ilin başlanğıcında təkcə Tatevos ərazisində 400-dən çox azərbaycanlını qayadan uçuruma atıb. Njde özü istintaq zamanı öz əməllərinə haqq qazandırmaq üçün qətlə yetirilənlərin azərbaycanlı deyil ( ? ), türk olduqlarını söyləmişdi:

“Cвидетели Хойлунц и Джанунц имеют в виду расстрелянных и сброшенных татевской скалы около 200 турок из отряда Завал паши, которых использовала советская власть против нас.  Хочу отметить, что отряд Завал паши был мною разгромлен”
Xoylunts və Canunts adlı şahidlər Tatevos qayasından atılmışlar və güllələnmişlər haqqında  bəhs edərkən  Sovet hökumətinin bizə qarşı istifadə etdiyi Zaval Paşanın dəstəsindən olan 200-dək türkü nəzərdə tutmuşlar. Bildirmək istəyirəm ki, Zaval Paşanın dəstəsi mənim tərəfimdən darmadağın edilmişdir”. (Bax: Протокол допроса обвиняемого Тер-Арутюняна Гарегина Егишевича от 19-го сентября 1947г.) 

Njde ömrü boyu türklüyə qarşı vuruşub, Fransada, Amerikada, Rusiyada, Türkiyədə,  İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və  Serbiyada türk qanı axıtmaqdan xüsusi ləzzət alıb, hər yerdə Türkiyəni düşmən bilib.

Bunu o özü 1954-cü ilin fevral ayının 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədti K.Y. Voroşilova ünvanladığı əfv olunmaq haqqında yazdığı ərizədə ifadə edib:  

“Моя жизнь была борьбой против феодальной Турции, исторической убийцы народов и культур – Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçmişdir”. ( Bax: Закрытое. Председателю Президиума Верховного Совета ССР Гражданину К. Е. Ворошилову от з/к Тер-Арутюняна Г. Егишевича заявление.http://www.bvahan.com/armənianway/aw/Njdeh_KGB/Part08.html  s. 145 )

Arxiv materialları təkzibolunmaz faktlarla sübut edir ki, yaşadığı hər yerdə ondan türklərə qarşı bir alət kimi istifadə edilib. Məsələn, hələ I Dünya müharibəsi başlayanda Çar hökuməti Njdeni bir şərtlə əfv edir ki, o, Osmanlı dövlətinə qarşı fəaliyyət göstərsin.
Ermənlərin fəxri olan Njde bu barədə belə yazıb: “Накануне мировой войны, получив амнистию от царского правительства, я вернулся с условием участвовать в боевых действиях против Турции”. - Dünya müharibəsi ərəfəsində Türkiyəyə qarşı vuruşmaq şərti ilə mən çar hökumətindən əfv olunaraq geri qayıtdım. ( Bax: Архив Министерство Национальной Безопасности Армении, дело N11278, т. 4)

Njde I Dünya savaşında da Osmanlı dövlətinə qarşı “şücaətlə” vuruşduğunu gizlətmir: “Я был заместителем командира 2-го армянского добровольческого батальона, в последующем командовал отдельной армяно-езидским подразделением” - Mən erməni könüllülərindən ibarət 2-ci batalyonun komandir müavini olmuşam, daha sonra əlahiddə erməni-yezid bölməsinə komandirlik etmişəm”.

İranda və  Fransada qaçıb gizlənən, daha sonra erməni lobbisinin köməyi ilə Amerikaya gedən Njde heç vaxt türklərə olan nifrətini gizlətməmişdi. Daha sonra maraqlı qüvvələrin yardımı ilə  Bolqarıstanda vətəndaşlıq statusu qazanan Njde orada da daim türklərə qarşı terrorist hərəkətlər edib,  II Dünya müharibəsi ərəfəsində  könüllü şəkildə faşistlərə xidmət göstərməyə girişib.  
Erməni lobbisinin yardımı ilə özünün uydurduğu “tsexakronutyun”  ideyası haqqında A. Hitlerə bilgi verib. Bu ideyaya görə,  ermənilər ari irqə mənsubdurlar və onların tarixi ərazilərinin bərpasında dünya dövlətləri onlara yardım etməlidirlər.  SSRİ-nin, İranın və Türkiyənin ərazisində mifik böyük erməni dövlətinin yaranacağı xəyalı ilə Njde II Dünya  müharibəsində SS  (Schutzstaffel)  qoşunlarında ( Waffen SS) erməni hərbi fərarilərindən və əsirlərindən ibarət  xüsusi könüllülər dəstəsi təşkil edib. Onun ideyası və təşəbbüsü ilə 1942-ci ilin yayında “Gertruda” kod adıyla Bolqariya və Almaniyanın bərabər şəkildə Türkiyəyə hücum planı müzakirə edilib hazırlanmışdı. ( Bax: Kurt Mehner. Germany. Oberkommando der Wehrmacht, Bundesarchiv, 1944, s.51 )

Amma hadisələrin gedişi Nijdenin arzularını ürəyində qoydu. Xeyli müddət təkəbbürlə mundirində SS devizi  (“Meine ehre heißt treue”- Şərəfim sədaqətimdir”) daşıyan Njde rastlaşdığı ilk çətinlikdə çox asanlıqla almanlara verdiyi sözü, vədi, içdiyi andı unutdu. Njde qısa zamanda mühitə uymaq bacarığına sahib idi. Məsələn, SSRİ-nin əks kəşfiyyatçıları onu yaxalayanda dərhal lakeycəsinə “sizə xidmət edəcəyim anın gəldiyini görməkdən məmnunam” söyləmişdi.

Sərbəst  yaşamına sayılı günlər qaldığını sövq-təbiiliyi ilə duyan Njde can hövlüylə  gümanı gələn yerlərdə qaçıb gizlənmək, nəyin bahasına olursa – olsun yaxalanmamaq üçün qapı-qapı dolaşsa da, dünənə qədər ona “milli xilaskar” kimi baxan ermənilər cüzamlı xəstə kimi onu qapılarından qovurdular. “İdeoloq” Njde  bu nankorluğa çox əsəbiləşir:

“Забыли, все армяне забыли все, что только благодаря моим усилиям их не постигла участь евреев, и четыре года они все только богатели и богатели. Диаспора, ты еще раз заставила меня пережить горечь стыда. Позор тебе!”- Yaddan çıxartdılar, bütün ermənilər unutdular ki, yalnız  mənim sayəmdə yəhudilərin nəsibi  onların  başına gəlmədi və bu dörd ildə onlar ancaq zənginləşdikcə zənginləşdilər. Ey erməni diasporu, sən bir daha məni xəcalət acısı çəkməyə məcbur etdin. Sənə ayıb olsun”. (Bax: Архив Министерство Национальной Безопасности Армении, дело N11278, т. 4)

1944-cü ilin oktyabr ayının 12-də  SSRİ-nin  “SMERŞ” (Смерть шпионам! - Casuslara ölüm! ) idarəsinin əməliyyatçıları siçan kimi qaçıb gizlənmiş Njdeni tutdular. Bu dəfə Njde sovet qoşunlarının Bolqarıstandakı  komandanı general Tolbuxinə ərizə yazaraq, bütün şüurlu həyatını Nuru Paşanın və müsavat Azərbaycanına həsr etdiyini, döyüşlərdə həmişə,  hətta  türk və tatarlara qarşı da ( ! ) insan olaraq qaldığı ilə öyünərək SSRİ-nin Türkiyəyə qarşı  gələcək fəaliyyətində öz xidmətini təklif etmişdi. Njde müxtəlif orqanlara yazaraq bildirmişdi ki, o istəsəymiş asanlıqla Sofiyadan İsveçrəyə gedə bilərmiş, lakin Türkiyəyə olan nifrəti, qisas almaq tutqusu ölüm riskinə üstün gəlmiş və ancaq buna görə də səbirsizliklə sovet qoşunlarının gəlməsini gözləmişdir:

“ В 1944 г. я остался, чтобы предложить командованию Красной Армии мои силы и возможности для борьбы против Турции. Тогда вся болгарская общественность ждала, что русские, пользуясь своей победой, займут Константинополь и Дарданеллы” .- 1944-cü ildə mən qaldım ki, Türkiyəyə qarşı mübarizədə öz güc və imkanlarımı Qızıl Ordu komandanlığına  təklif edim. O zaman bütün bolqar ictimaiyyəti gözləyirdi ki, ruslar öz qələbələrindən yararlanaraq İstanbul və Çanakkalni tutacaqlar”.  ( Bax: : Закрытое. Председателю Президиума Верховного Совета ССР Гражданину К. Е. Ворошилову от з/к Тер-Арутюняна Г. Егишевича

“Как военный, я не профессионал, а патриот-революционер. А потому, к рукоятке меча я прикладывался только тогда, когда была возможность нанести удар Турции, существование которой- считал и продолжаю считать злом” – Hərbçi kimi, mən peşəkar deyil, vətənpərvər inqilabçıyam. Ona görə də əlimi qılıncımın qəbzəsinə yalnız o zaman aparmışam ki, mövcudluğunu fəlakət saydığım və hələ də belə hesab etdiyim Türkiyəyə zərbə endirmək imkanı olsun”. ( Bax: Гарегин Нжде и КГБ, s. 145 )

1944-cü ilin noyabr ayının 2-də Sofiyadan Moskvaya gətirilən Njde SSRİ Dövlət Təhlükəsizliyi Naziri general-polkovnik V.S. Abakumovun göstərişi ilə 15 noyabr 1946-cı ildə əlavə istintaq üçün İrəvana etap edilmişdi.

Njde “sizi almanlarlarla işbirliyinə sövq edən amil nə idi?” sualına belə cavab vermişdi: “они  предлагали армянам сотрудничать с ними на антитурецком фронте. Именно поэтому и наши переговоры в Берлине имели место на антитурецкой почве”-  Onlar ( almanlar ) ermənilərə antitürk cəbhəsində onlarla əməkdaşlıq təklif etdilər. Məhz buna görə, Berlindəki görüşmələrimiz də antitürk zəminində olurdu” (Bax: Протокол допроса задержанного Тер-Арутюняна Гарегина от 22-го марта 1947г.)

Ermənistan MTN naziri polkovnik Krımyan  4 yanvar 1947-ci ildə Moskvaya xüsusi raport - təkliflə müraciət etmişdi:
“Тер-Арутюнян предлагает свои услуги в деле создания в армянских колониях заграницей массовой организации с задачей борьбы за отторжение армянских земель в Турции и воссоединение их с Советской Арменией. Для выполнения этой задачи Тер-Арутюнян просит передать его как болгарского подданого болгарскому правительству, где создаст условия для развёртывания работы”- Ter Arutyunyan Türkiyədəki erməni torpaqlarının geri alınması və onların Sovet Ermənistanı ilə birləşdirilməsi uğrunda mübarizə aparmaq işində xaricdəki erməni koloniyalarında kütləvi təşkilatların yaradılmasında öz xidmətlərini təklif edir. Bu vəzifəni gerçəkləşdirmək  üçün Ter Arutyunyan bir bolqar  təbəəsi kimi onun bolqar hökumətinə verilməsini xahiş edir ki, orada bu işin  genişləndirilməsi nə şərait yaratsın”.

Sənədlər təsdiq edir ki, 1946-1947-ci illərdə SSRİ rəhbərliyinin Türkiyəyə hücum etmək barədə ciddi niyyətləri olmuşdu. O illərdə Sovet hökuməti Türkiyəyə 2 dəfə nota da vermiş, Türkiyənin şərq bölgəsinin bir hissəsinin Ermənistan və Gürcüstana aid olan ərazilər olduğunu dilə gətirmişdi. ABŞ Prezidenti H. Trumenin 1948-ci ildəki “ABŞ üçün sərhəd dost bildiyi Türkiyənin sərhədlərindən başlayır” sözləri SSRİ rəhbərliyini bu sərsəm və avantürist ideyadan çəkindirmiş və   SSRİ 30 may 1950-ci ildə verdiyi notada  Türkiyədən  bir daha ərazi iddiası olmayacağını bəyan etmişdi. ( Bax: Present at the creation: my years in the State Department", Dean Acheson, pp. 199–200 )

Njdeyə olan hüsn-rəğbətini büruzə verən Ermənistanın xüsusi xidmət idarəsinin o zamankı şefi Moskvanı inandırmağa çalışmışdı ki, Njdenin milliyyətçi ermənilər arasında olan böyük nüfuzunu, əks-kəşfiyyatın “xarici bürosuna” olan müxalif mövqeyin azaldılması perspektivini  nəzərə alaraq onu, doğrudan da, Bolqarıstana göndərmək faydalı olar. Lakin erməni Krımyanın Njde haqqında “cahanşümul” ideyası Moskvaya qətiyyən ağlabatan görünmədi və Moskva heç   Njdeni buraxmaq fikrində də deyildi. Beynəlxalq Nürünberq məhkəməsinin faşistlər haqqındakı qərarına qarşı gəlmək siyasi intihar olardı. Ermənistan MTN şefi istər-istəməz Njdeni İrəvandan təkrar Moskvaya, Vladimir həbsxanasına  yola salır. Bu zaman onun əmri ilə Njdeni İrəvan küçələri ilə gəzdirirlər ki, o, İrəvanda olan dəyişiklikləri görə bilsin. Njdenin sözlərinə görə, O, İrəvana etap ediləndə Ermənistan xüsusi xidmət orqanlarının istəyi ilə Türkiyə əleyhində layihələr hazırlayıb:
“По просьбе МГБ Армении мною были приготовлены несколько проектов антитурецкой деятельности”. - Ermənistan MTN istəyi ilə bir neçə antitürk layihəsi hazırladım”.
(Bax:http://www.bvahan.com/armenianway/aw/Njdeh_KGB/Part08.html )

İkinci dünya müharibəsindən sonra, 1947-ci ildə SSRİ-də ölüm hökmü ləğv edildiyindən özünü “vətənpərvər inqilabçı” adlandıran Njdeni  SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası 24 aprel 1948-ci ildə o zamankı Cinayət Məcəlləsinin 58-ci maddəsinin 4-cü və 6-cı, habelə RSFSR Cinayət Məcəlləsinin 58-ci maddəsinin 2-ci bəndi ilə (SSRİ-yə qarşı düşmənlik fəaliyyəti və casusluq) ittiham edərək, barəsində 25-il həbs cəzası hökmü çıxartdı.
Məhkəmə gedişində inkarolunmaz faktlarla sübuta yetirildi ki, Njde və onun göstərişi ilə hərəkət edənlər SSRİ ilə Türkiyə və İran arasında nifaq salmaq üçün çox sayda təxribati işlər görmüş, SSRİ-ni hər vəchlə Türkiyəyə hücuma keçməyə nail olmağa çalışmışlar.

Njde həbs edildikdən sonra dəfələrlə müxtəlif instansiyalara ərizələr yazmış, haqqında çıxarılmış məhkəmə hökmünün ədalətsizliyindən, pis və dözülməz şəraitdə saxlanılmasından, onun bu aqibətinə türklərin sevinməsindən, əfv ediləcəyi təqdirdə xarüqələr yaradacağı haqqında çoxsaylı müraciətlər etmişdi. Görünür, nüfuzlu vəzifələrdə işləyən havadarları ona məsləhət görmüşlər ki, SSRİ-də dəyişikliklər baş verib, İ.V. Stalin vəfat edib,  L.P. Beriya öldürülüb, V.S. Abakumov güllələnib, P.A. Sudoplatov həbs olunub. Yaxşı fürsət düşüb, sən yaz, biz də sənin repressiya qurbanı olduğunu təsdiq etdirərik, sən də  çıxarsan həbsxanadan.  Culfa, Bakı, Kuybışev, Rostov,  Saratov, Daşkənd, İrəvan, Peterburq, Moskvdakı Lubyanka, Lefortovo, Krasnaya Presnya, Vladimir sentralı həbsxanalarında yatan Njdenin vərəm və hipertoniya xəstəliyi bəhanəsilə də sərbəst buraxılması girişimləri göstərilmişdi.

Bir müddət Daşkənd cəza müəssisəsinin qapalı xəstəxanasında da müalicə alan Njde heç cür azadlığa çıxa bilmir.  Məlum lobbiçilərin işi nəzərdə tutulduğu kimi getmir. 7 fevral 1955-ci ildə SSRİ Ali Məhkəməsi Njdenin P-242804 nömrəli iş üzrə barəsində çıxartdığı qərarın dəyişdirilməsi və işə yenidən baxılması haqqında xahişini rədd edir. (Bax: Выписка из протокола N40 от 7-го февраля 1955г.)

21 dekabr 1955-ci ildə Njde Qaragin Vladimir sentralında canını tapşırır. Deyilənlərə görə, Njde Naxçıvandan götürdüyü bir ovuc torpağı və Araz çayı sahilində vurduğu bəbrin dərisini hər zaman özü ilə gəzdirərmiş. Hətta V.P. Kuzmenko adlı bər məhbus şair bu göyərçin cildinə girmiş kərkəsə utanmaz-utanmaz bir “şeir” də yazıb:

С землей мешочек видел я / У старика в тюрьме,

Его он с воли нёс сюда,/ Как часть страны своей.

Bir kisə torpaq gördüm türmədə bir qocada

Yurdunun bir parçasın gətirmiş azadlıqdan.

Vladimir həbsxanasına aid olan ərazidə gömülən Njdenin cəsədinin qalıqlarının bir hissəsini  ermənilər 31 avqust 1981-ci ildə  məxfi şəkildə İrəvana gətiriblər. Onun sağ əlinin qalıqlarını isə Qafanın 10 km-liyində yərləşən Xustup adlandırılan dağın yamacında basdırıblar. Ermənilərin ağızdolusu “hay məts zoravar”- “böyük” erməni generalı” adlandırdıqları  sərgərdan Njdenin adı kimi goru da sərgərdandır. Ona aid fraqmentlər hələlik üç dəfə  basdırılıb.   

Erməni kütləvi informasiya vasitələri bütün gücləri ilə nəhəng təbliğat maşınlarını işə salaraq erməni və dünya ictimaiyyətinə öz adamlarını nəhəng xilaskarlar, sülh və ədalət keşikçiləri, dünya tarixinin ən qədim nümayəndələri, ən əzabkeş millət kimi göstərdikləri zamanda, erməni zənginlərinin bu sahəyə əsirgəmədən pul, sərvət dağıtdıqları məqamda bizim başımız milli şüuru yüksəltmək əvəzinə, bədii dəyəri olmayan və tez-tez də sıxıcı teklam rolikləri ilə müşayiət olunan  mənasız şou proqramlarına, istehza doğuran “tragikomik” konfliktlərin studiya məkanında həllinə yönəlib. Zənginlərimiz isə pullarını  milli tariximizi, mədəniyyətimizi, dyərlərimizi öyrətmək və yaymaqdan daha önəmli hesab etdikləri başqa  sahələrdə xərcləməyi üstün tuturlar. Nəticədə, dünənindən xəbəri olmayan, olub-bitənlərə biganə qalan, milli idrakdan məhrum  minlərcə soydaşımız yaranır.  Ona görə də bədxahlarımız keçəl kərkəsi dünya ictimaiyyətinə bəyaz göyərçin şəklində göstərməyə çalışırlar. (modern.az)

prof. Ramazan SİRACOĞLU

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Hamısı