Azərbaycanlılar qeydiyyat olmadan bu türk ölkəsində qala biləcəklər | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Azərbaycanlılar qeydiyyat olmadan bu türk ölkəsində qala biləcəklər

Siyasət A- A A+

“Azərbaycan və Qazaxıstan arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında" sazişə dəyişiklik edilməsinə dair protokol imzalanıb.

Eurasia Diary-nin xəbərinə görə, protokol Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən görüşündə imzalanıb.

Dəyişiklik Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində qalma müddətinin 30 gündən 90 günə qədər artırılmasını nəzərdə tutur.

Eyni zamanda, dəyişikliklə hər iki ölkənin vətəndaşları 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edilir.

Protokolu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri imzalayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...