Bakıda türkdilli ölkələrin biznes forumu keçirilir | Eurasia Diary - ednews.net

16 Noyabr, Şənbə


Bakıda türkdilli ölkələrin biznes forumu keçirilir

Siyasət A- A A+

Sabah Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü çərçivəsində bu gün Azərbaycan paytaxtında türkdilli ölkələrin biznes forumu işə başlayıb.

Eurasia Diary xəbər verir ki, tədbir çərçivəsində bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Belə ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Qazaxıstanın baş nazirinin müavini Berdibek Saparbayev, Qırğızıstanın iqtisadiyyat naziri Sancar Mukanbetov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan “Müxtəlif iqtisadi zonalar arasında məlumat və təcrübə mübadiləsi” mövzusunda Anlaşma Memarandumuna imza atacaqlar.

Bundan başqa, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Macarıstanın Ticarət və Sənaye Palatası, Qazaxıstan Sahibkarlarının Milli Palatası, Qırğızıstanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair memorandum, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) isə Macarıstanın İxracın Təşviqi Agentliyi ilə Anlaşma Memarandumu imzalayacaq.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 32% çox olub.(report)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...