Azərbaycan Ordusunda “NATO günləri” başlayıb | Eurasia Diary - ednews.net

17 Noyabr,


Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

Siyasət A- A A+

Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Eurasia Diary-ə verilən məlumata görə, NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, “N” nömrəli hərbi hissə və Müdafiə Nazirliyinin Beynəlxalq hərbi Əməkdaşlıq İdarəsini ziyarət edəcək.

Tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO bu gün və gələcəkdə”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun hərbi məsələləri”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası və Azərbaycan Ordusu” və digər mövzularda mühazirələr və təqdimatlar təqdim olunacaq.

Azərbaycan Ordusunda “NATO günləri” oktyabrın 18-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...