Tural Gəncəliyevdən Xankəndində keçirilən “forum”la bağlı - BƏYANAT | Eurasia Diary - ednews.net

17 Noyabr,


Tural Gəncəliyevdən Xankəndində keçirilən “forum”la bağlı - BƏYANAT

Siyasət A- A A+

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev 11 oktyabr 2019-cu ildə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən  keçirilən "Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın Dostları” adlı “forum”la  bağlı bayanat verib.

Eurasia Diary bəyanatı təqdim edir:

“ “Forum”un yekun “bəyannamə”sində bir sıra absurd fikirlər yer alıb. “Bəyannamə” də insan hüquqları sahəsində beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş azadlıq, demokratiya və bərabərlik prinsipləri əsas götürülərək “ProArtsakh” adlı beynəlxalq şəbəkənin yaradıldığı elan edilir.   

Əvvəlcə qeyd edim ki, bu cür şəbəkənin yaradılmasında məqsəd Ermənistannın beynəlxalq hüququn prinsipləri çətiri altında öz qanlı cinayətlərini ört-basdır etmək cəhdidir. Təəccüblüdür, bəs Ermənistan yüz minlərlə azərbaycanlını öz yurdundan didərgin salanda, Xocalı, Qaradağlı və bu kimi soyqırımlar törədəndə, 20 mindən çox azərbaycanlını qətlə yetirəndə, 4 minə yaxın əsir və girovluqda olan soydaşlarımıza işgəncə verəndə, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmaq hüququnu tapdalayanda niyə insan hüquqları prinsipi onun yadına düşmürdü? 

Bəyannamədə daha bir absurd məsələ oyuncaq "Artsaxın beynəlxalq səviyyədə tanınması - bölgədəki sabitliyin və əmin-amanlığın açarıdır” ifadəsidir ki, bu da özü-özünü aldatmaqdan başqa bir şey deyil. Mən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri kimi bəyan edirəm ki, Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan olan azərbaycanlılar evlərinə qayıtmayınca, bölgədə sabitliyin və əmin-amanlığın bərqərar olması mümkünsüzdür. Əgər Ermənistan həqiqətən də əsl ədalət və sülh axtarırsa, onda bunu “Ədalət və Sülh Naminə Əməkdaşlıq” adlı qondarma “forum” keçirməklə deyil, işğalçı qüvvələrini ölkəmizin ərazilərindən çıxarmaqla tapa bilər”.  (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...