"Macarların qanında qıpçaq qanı axır" - Viktor Orban | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


"Macarların qanında qıpçaq qanı axır" - Viktor Orban

Siyasət A- A A+

“Türk Şurasına üzv dövlətlərlə Macarıstan arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb”.

Eurasia Diary-nin xəbərinə görə, bunu Macarıstanın Baş Naziri Viktor Orban Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Macarıstan Türk Şurasının üzvü olan dövlətlərlə iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət verir.

V. Orban Macarıstan hökumətinin türkdilli ölkələrdən olan tələbələr üçün təqaüd proqramları ayırdığını da vurğulayıb.  

Baş Nazirin sözlərinə görə, Macarıstanın müvafiq bankı tərəfindən türk dünyasından olan iş adamları üçün kredit xətti açılıb.

Türk Şurasının VII Zirvə Görüşündə iştirak üçün dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən V. Orban Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevi qıpçaqların böyük dostu adlandırıb. 

“Macarıstanda qıpçaqlar yaşayır, macarların qanında qıpçaq qanı axır”, - deyə Macarıstanın Baş Naziri qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...