İran Futbol Federasiyası Türkiyənin terrorçulara qarşı həyata keçirdiyi "Sülh Çeşməsi" əməliyyatına dəstək olmaq məqsədilə sosial şəbəkədəki hesabında Türk bayrağı və Türk əsgərinin şəkillərini paylaşan azərbaycanlı futbolçu Mehdi Bəbriyə sərt cəza verilib.
Federasiyadan verilən açıqlamada futbolçunun oyunlarda iştirakına qadağa qoyulduğu bəyan edilib.
Qeyd edək ki, M.Bəbri məşhur "Tiraxtur" klubunun futbolçusudur.