"Zatulinin fikirlərinin komitə ilə, Dövlət Duması ilə heç bir əlaqəsi yoxdur" Rusiya Dövlət Duması MDB Komitəsinin sədri

Siyasət 10:42 16.10.2019

"Deputat Konstantin Zatulinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərin Dövlət Duması və Dumanın MDB komitəsi ilə heç bir əlaqəsi yoxdur. Bu fikirlər Zatulinin şəxsi mövqeyidir".

Eurasia Diary xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Komitə sədri birinci müavini Konstantin Zatulinin Azərbaycanın işğal altında olan Xankəndi şəhərində qondarma rejim tərəfindən təşkil olunan "forum"da ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına münasibət bildirərkən Azərbaycanın işğal altında olan ərazilərinə səfərin Zatulinin şəxsi məsələsi olduğunu söyləyib: "Bildiyiniz kimi, bizdə deputatlıq haqqında qanun var. Təəssüflər olsun ki, həmin qanun elə fəaliyyət göstərir ki, deputatlar hərdən şəxsi məqsəd, maraq güdür, ya da siyasi əqidəsi bunu ona diktə edir. Mən öz mövqeyimi bu barədə demişəm. Bir daha təkrar edirəm. Konstantin Zatulinin məlum fəaliyyətlərinin, bu bəyanatlarının Dumanın MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinə heç bir aidiyyəti yoxdur. Siz mənə sual verirsiniz ki, sizin müavininiz bunu edib. Mən də deyirəm ki, bu müavini mən özümə təyin etməmişəm".

L. Kalaşnikov işğal altında olan torpaqlarda səsləndirilən bəyanatların da Zatulinin şəxsi baxışı olduğunu vurğulayıb: "Bu baxışların Rusiya Dövlət Duması ilə, Dumanın MDB komitəsi ilə heç bir əlaqəsi yoxdur. Rusiya Dövlət Dumasının Dağlıq Qarabağ münaqişəsinə baxışı bu cür deyil. Rusiya Dövlət Dumasının xalqların və dövlətlərin arasını vurmaq kimi baxışı ola bilməz. Dövlətlərin arasını çoxu vurmaq arzusundadır. Lakin mən hər zaman öz komitəmin üzvlərini bu tip addımlardan uzaq durmağa çağırıram. Biz məsələnin üstünə odla getməməliyik, əskinə elə etməliyik ki, barışıq olsun. Lakin bəziləri bunun əksini edir".

Qeyd edək ki, Konstantin Zatulin oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Separatçı rejimin keçirdiyi "Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq" adlı "beynəlxalq forum"da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Azərbaycan artıq bununla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota verib.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Hamısı