Regiona səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik işğal altındakı Dağlıq Qarabağ torplaqlarına səfər edib.
Eurasia Diary xəbər verir ki, həmsədrlər Qarabağ separatçılarının lideri Bako Saakyanla danışıqlar aparıblar. Həmsədrlərin bu gün Azərbaycana səfər edəcəkləri gözlənilir.