“Erməni həmkarımla sonuncu görüş məni məyus etdi” - Məmmədyarov | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


“Erməni həmkarımla sonuncu görüş məni məyus etdi” - Məmmədyarov

Siyasət A- A A+

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə erməni həmkarımla Nyu-Yorkda keçirilmiş sonuncu görüşümüz məni bir qədər məyus etdi”.

Eurasia Diary "apa"ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “İzvestiya” qəzetinə bildirib.

“Təəssüf ki, biz hazırda danışıqlardan yox, məhz görüşdən danışırıq. Yerevanla bir yerdə oturub hazırda masada olan sənəd əsasında danışıqlar aparmaq lazımdır”, - deyə nazir vurğulayıb.

E. Məmmədyarovun sözlərinə görə, irəliləyiş əldə etmək və münaqişəni siyasi yolla həll etmək üçün substantiv danışıqlara başlamaq lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...