Həmsədrlər “Qarabağın azərbaycanlı icması” ilə görüşdü | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Həmsədrlər “Qarabağın azərbaycanlı icması” ilə görüşdü

Siyasət A- A A+

Ölkəmizdə səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin (Polşa) “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın İdarə Heyəti ilə icmanın binasında görüşü keçirilib.

Eurasia Diary xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağın azərbaycanlı icmasının əsas tələbləri həmsədrlərə təqdim edilərək, azərbaycanlı məcburi köçkünlərin əsas insan hüquqlarının bərpa edilməsi, torpaqlarımıza geri dönmək, Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin bərpası və Ermənistanın işğalına dərhal son qoyulması istənilib.

Görüşdə Ermənistan rəhbərliyi və qondarma rejimin “nümayəndələri”nin son zamanlar səsləndirdiyi təxribat xarakterli bəyanatların danışıqlara vurduğu ziyan icma üzvləri tərəfindən qeyd olunub.

Həmcinin, işğal olunmuş ərazilərimizdə Ermənistanın apardığı qanunsuz fəaliyyət haqqında həmsədrlərin diqqətinə məlumat çatdırılıb. Bu xüsusda, Şuşada Azərbaycan xalqına məxsus qədim Gövhər Ağa məscidinin “təmir” olunaraq fars məscidi kimi təqdim edilməsinə görə etiraz bildirilib, Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı qondarma rejim tərəfindən tariximiz, mədəni, dini və qeyri-maddi   irsimizin saxtalaşdırılmasının yolverilməz olduğu xüsusi vurğulanıb.

Həmsədrlərin diqqətinə habelə işğal olunmuş ərazilərdə aparılan qanunsuz məskunlaşdırma fəaliyyəti haqqında məlumat verilib, Ermənistan tərəfinə bu fəaliyyətini dayandırmaq üçün təzyiq göstərilməsi xahiş edilib.

İcma üzvləri bir daha yalnız işğalın nəticələrinin aradan qaldırılması ilə Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində daimi və ədalətli sülh şəraitində birgəyaşayışın mövcud ola biləcəyini vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...