Dünya jurnalistlərinə Qarabağla bağlı - MÜRACİƏT | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Dünya jurnalistlərinə Qarabağla bağlı - MÜRACİƏT

Siyasət A- A A+

Qlobal Jurnalistlər Şurasının Azərbaycanda keçirilən toplantısında Bakı Bəyannaməsi qəbul edilib.

Eurasia Diary bildirir ki, bu barədə Modern.az-a Şuranın qurucularından olan Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

Yeddi bənddən ibarət Bəyannamədə Türkiyənin Suriya ilə sərhədində yaradılması düşünülən terror dövlətinə  – PKK-YPG-PYD təşkilatları mənsublarına qarşı Türk Silahlı Qüvvələrinin başlatdığı “Sülh çeşməsi” (“Barış pınarı”) hərəkatına mediada dəstək, Türkiyənin bu haqlı əməliyyatına qarşı terror təşkilatı və beynəlxalq arenadakı tərəfdarlarının apardığı “qara təbliğat” əleyhinə mətbuat nümayəndələrinin lazımi həssaslıq göstərməsinin vacibliyi qeyd olunub.

Sənəddə bütün dünya jurnalistlərinə müraciət ünvanlanaraq, Ermənistanın işğalçılıq siyasətinin Cənubi Qafqazda zülmə yol açdığı vurğulanıb, bu zülm barədə məlumatların bütün dünya mediasında yayılması istənilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...