Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu

Siyasət A- A A+

Azərbaycanlı  Ukraynada Baş prokurorun müavini vəzifəsinə təyin olunub.

Eurasia Diary  xəbər verir ki,  Baş Prokuror Ruslan Ryaboşapka imzaladığı sərəncamla Krım Muxtar Respublikasının prokuroru işləyən Gündüz Məmmədov Baş prokurorun müavini vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, Gündüz Məmmədov  1974-cü ildə Gəncədə  anadan olub.  1996-cı ildə Odessada İ.İ Meçnikov adına Dövlət Universitetini bitirib. 

Daha sonra müxtəlif vəzifələrdə çalışan G.Məmmədov  2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsində işləyirdi. (modern.az)
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...