“Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” - Siyavuş Novruzov | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


“Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” - Siyavuş Novruzov

Siyasət A- A A+

“Bu ilki bələdiyyə seçkilərinə çatdırmaq mümkün olmadı. Amma gələn bələdiyyə seçkilərində yeniliklər mütləq olacaq”.

Eurasia Diary xəbər verir ki, bunu Modern.az-a bələdiyyə seçkiləri haqqında danışarkən Milli Məclisin deputatı Siyavuş Novruzov söyləyib. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı yeniliklər tətbiq etmək üçün öncəliklə qanunvericilik dəyişdirilməlidir:

“Biz bir neçə dəfə məsələ qaldırmışıq ki, bələdiyyə sədrləri birbaşa insanlar tərəfindən seçilsin. Bunu tətbiq etmək üçün əvvəlcə qanunvericilik dəyişməlidir. Bu ilki bələdiyyə seçkilərinə həmin məqamları çatdırıb, tətbiq etmək mümkün olmayacaq. Amma növbəti bələdiyyə seçkilərində sözügedən yeniliklərlə bağlı addım atılacağını düşünürəm”.

Qeyd edək ki, bu il Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Artıq seçki kampaniyasına başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...