Qənirə Paşayeva Türkiyədə mükafata layiq görüldü FOTOLAR

Siyasət 17:23 21.10.2019

Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevaya Türkiyədə nüfuzlu Hukuk ve Demokrasi Kurumu Derneğinin ildə bir dəfə təşkil etdiyi “Bülent Yurt Hukuk ve Demokrasi Ödülü” təqdim edilib. Millət vəkili Q.Paşayevaya ödül Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı, Türk dünyası Birliyinin güclənməsi, beynəlxalq aləmdə həqiqətlərimizin geniş təbliği və haqlarımızın müdafiəsi istiqamətində çalışmalarına görə təqdim edilib. 

Eurasia Diary xəbər verir ki, qardaş Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Baralar Birliyinin binasında keçirilən və Türkiyənin tanınmış siyasətçiləri, bürokratları, hüquqşünasları, vəkilləri və ziyalılarının iştirak etdiyi ödül törənində çıxış edən millət vəkili Q.Paşayeva bu ödülü qəhrəman şəhidlərimiz və qazilərimiz adına alıram deyərək çıxışında Qarabağ problemi, Azərbaycan-Türkiyə birliyinin güclənməsi, Türk dünyası birliyi ilə bağlı önəmli mesajlar verib:

”Vətənimiz Azərbaycandan vətənimiz Türkiyəyə salam və sevgilər gətirdik. Bu gün bizim üçün çox önəmli bir gündür. Belə bir gündə bu mükafatı almaq daha fərqli duyğudur.  Çünki bu gün Azərbaycanımızın dövlət müstəqilliyini təkrar qazanmasının 28-ci il dönümüdür. Hamımızın adından “Yaşa, yaşa, əbədi yaşa Azərbaycan!” deyir və gözəl Azərbaycanımızı buradan təbrik edirik. Mənə bu mükafatı təqdim etdiyiniz üçün təşəkkür edirəm. Amma belə bir mənalı gündə bu mükafatı öz adıma almıram. Bu mükafatı bu ödülə məndən daha çox haqq edən, layiq olanlar adına alıram. Azərbaycanın müstəqilliyi, torpaq bütünlüyü, Qarabağımız üçün həyatını fəda etmiş şəhid dostlarım və bütün qəhrəman şəhidlərimiz, qazilərimiz, onları gözəl ailələri adına alıram. Onlar buna daha çox layiq idi və layiqdirlər. Bu mükafatı özünü Azərbaycanın müstəqilliyinə, inkişafına həsr etmiş aydınlarımız, gözəl insanlarımız və gözəl Vətənim adına alıram.  Bu gün bu mükafatı qardaş Türkiyəmizin torpaq bütünlüyü üçün çalışan,  Barış Pınarı hərəkatında və terrorla mübarizədəki bütün qəhrəman mehmetciklərimiz adına alıram. Bu mükafatı mən burada çıxış etdiyim anlarda işğalçı Ermənistanla ön cəbhədə torpaqlarımız uğrunda qəhrəmancasına mübarizə aparan Azərbaycan əsgərimiz adına alıram. Buradan bütün alqışları, duaları və əsgər salamımızı da onlara göndərirəm və hər zaman yanınızdayıq və Vətənimizin əsgəriyik deyirəm. Mən burada Azərbaycandan ödül alan tək insan olduğum üçün Azərbaycanda və bütün dünyada yaşayan 50 milyon azərbaycanlı adından buradan sizə, dostlara, dost bildiklərimizə və düşmənlərə mesajımızı da mütləq söyləməliyəm. Azərbaycan türkü qardaş-bacılarınız buradan Türkiyəni zəiflətmək istəyənlərə deyir ki, buna gücünüz yetməz, çünki biz də  varıq və qardaş Türkiyənin yanındayıq. Çünki Azərbaycan da Türkiyə də  bizim vətənimizdir. Sadəcə sözdə, əməldə, duada deyil, lazım gələrsə bu canı da fəda etməyə hazır olan milyonlarla Azərbaycan türkü də Türkiyəmizin yanındadır. Çünki  ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi biz tək millət, iki dövlətik. Türkiyə həm də bizim vətənimizdir. Türkiyənin ayağına atılan daşı biz başımıza atılan daş hesab edərik. Ona görə bütün düşmənlər də bilsin, biz 300 milyonluq türk dünyası Türkiyəmizin yanındayıq. Çünki Türkiyə güclü olarsa biz hamımız güclüyük, Azərbaycanımız güclü olarsa hamımız güclüyük”

Bütün müsəlman Şərqində ilk qurulan cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, təkrar qazanmasından bu günə qədər keçdiyi yoldan, işğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan-Türkiyə qardaşlığının, Türk Şurası birliyinin gücləndirilməsi istiqamətində görülən işlərdən geniş danışan millət vəkili Q.Paşayeva Qarabağ çağırışı edib: “Burada Türkiyəmizin çox tanınmış hüquqşunasları, vəkilləri var. Türkiyədə hüquq məktəbinin qurucularından biri, Azərbaycan və Türkiyədə hər iki dövlətimizdə millət vəkili olmuş böyük aydın və Türkiyəmizin ilk qadın hüquqçusu və vəkili Sürəyya Ağaoğlunun atası Əhməd Ağaoğlunun doğulduğu Dağlıq Qarabağ, Şuşa hələ də işğalçı Ermənistanın işğalı altındadır. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Əhməd Ağaoğlunun bir çox yerlərdə150 illlik yubileyi keçirilir. Amma onun doğulduğu torpaqlarımızda bunu qeyd edə bilmirik. Azərbaycanımızın torpaqlarının işğaldan azad edilməsində bütün Türk dünyası Azərbaycanın yanında daha da güclü olmalıdır və inanırıq ki olacaq. İnşallah bu cür tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da qeyd edə biləcəyik və inşalllah edəcəyik. Buna hamımız inanırıq və birlikdə daha da çox çalışmalıyıq.”

Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində qardaş  Türkiyənin ədliyyə nazirliyinin rəsmiləri, Yargıtay başkanı İsmail Rüştü Cirit , Türkiye Barolar Birliği Başkanı Av. Prof. Dr. Metin Feyzioğlu, bir sıra məhkəmə sədrləri, tanınmış QHT və KİV rəhbərləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb.  Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın ödül törənindəki çıxışını bu linkdən izləyə bilərsiniz.


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı