İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verdi | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verdi

Siyasət A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə başsağlığı verib.

Eurasia Diary-nin məlumatına görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...