Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə qatılacaq.
Eurasia Diary xəbər verir ki, Türkiyə Xarici İişlər Nazirliyindən verilən məlumata görə, Türkiyə 2006-cı ildən bəri qonaq ölkə olaraq Qoşulmama Hərəkatının yüksək səviyyəli iclaslarında iştirak edir.
Qeyd edək ki, 1956-cı ildən təşkilat olaraq yaradılan, 1961-ci ildən hərəkata çevrilən Qoşulmama hərəkatı Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur.
Azərbaycan 2011-ci ildən bu hərəkata qoşulub və 2019-2022-ci ilədək Qoşulmama Hərəkatına ev sahibliyi edəcək.