Prezident İlham Əliyev R.Ə. Mehdiyevin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Eurasia Diary Sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:
Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin.