ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə "Fox News" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ hərbçiləri zərərsizləşdirilən şəxsin kimliyini hələ rəsmi şəkildə təsdiqləməyiblər. Jurnalistlər güman edirlər ki, Birləşmiş Ştatların dövlət başçısı Donald Trampın "Twitter"də müəmmalı paylaşımı da bununla bağlı olub.
Qeyd edək ki, ABŞ prezidenti özünün "Twitter"dəki səhifəsində qeyri-müəyyən paylaşım edib.
"İndicə tale əhəmiyyətli bir şey baş verib", - deyə Tramp yazıb. Lakin ABŞ prezidenti bununla bağlı açıqlama verməyib.