Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda XX əsrin əvvəllərində Qərbi Azərbaycanda, eləcə də Zəngəzur və Qarabağ ərazisində Azərbaycan xalqına qarşı kütləvi soyqırım aksiyaları həyata keçirmiş terrorçu, təkqulaq general Andranik Ozanyana daha bir heykəl qoyulub.
Eurasia Diary xəbər verir ki, bəzi erməni nəşrlərinin yaydığı məlumata görə, yaradılmasının 191-ci ili qeyd edilən Vanadzordakı (Qara Kilsə) şənliklərə ötən gün səhərdən işğalçı ölkənin baş naziri N.Paşinyan da qatılıb. Bir sıra kütləvi tədbirlərlə yanaşı, şəhərdə terrorçu general Andranik Ozanyanın heykəli də açılıb. Açılış tədbirinə aid fotolarda Paşinyan görünməsə də, bəzi saytlar onun açılışda iştirak etdiyini bildirir.