İspaniyanın Barselona şəhərində Kataloniyanın müstəqilliyi tərəfdarlarının yeni etiraz dalğası başlayıb.
Eurasia Diary xəbər verir ki, bu barədə “24 Horas” telekanalı informasiya yayıb.
Məlumata görə, etirazlara səbəb İspaniya Ali Məhkəməsinin 2017-ci il referendumu ilə bağlı 12 katalon siyasətçiyə dair verdiyi qərar olub.
Barselona küçələrinə 350 mindən artıq etirazçı çıxıb, onların əksər hissəsi polis idarəsinin qarşısına toplaşıb. Polislə etirazçılar arasında toqquşma baş verib.